Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğu toxunulmazlıqdan məhrum edilməlidir"

"Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğu binası jurnalist Camal Qaşıqçının (Xaşogin) yoxa çıxmasının araşdırılması naminə dərhal diplomatik toxunulmazlıqdan məhrum edilməlidir"

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə BMT-nin insan hüquqları üzrə ali komissarı Mişel Baçeletin bəyanatında qeyd olunur.

“Qaşıqçının yoxa çıxması ilə bağlı vəziyyətin ciddiliyi nəzərə alınsa, mənim fikrimcə, 1963-cü il Vyana Konsulluq Əlaqələri Konvensiyasında təsbit olunmuş binaların və rəsmi şəxslərin toxunulmazlığı bu məsələdə dərhal ləğv olunmalıdır”, – ali komissar vurğulayıb.
M.Baçelet diqqətə çatdırıb ki, beynəlxalq hüquqa görə, zorla adam qaçırmağın və mühakiməsiz adam öldürməyin son dərəcə qatı cinayət hesab olunduğuna görə, diplomatik toxunulmazlığın baş verənlərin araşdırılması, təqsirkarların ifşa olunmasına əngəl yaratmamalıdır.
Dünən ABŞ Prezidenti Donald Trampın Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz əl-Səudla itkin düşən jurnalist Camal Qaşıqçı məsələsini müzakirə etdiyini və məsələni aydınlaşdırmaq üçün dövlət katibi Mayk Pompeonu Ər-Riyada göndərdiyi bildirilib.

Qeyd edək ki, daha əvvəl Səudiyyə Ərəbistanının Ankaradakı səfiri jurnalist C.Qaşıqçının Səudiyyə Ərəbistanı konsulluğunda itkin düşməsi ilə əlaqədar Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb, diplomatdan konsulluqda axtarış aparılmasına icazə verilməsi tələb olunub. Türkiyə və Səudiyyə Ərəbistanından olan müstəntiqlər jurnalistin içərisinə daxil olub yoxa çıxdığı krallığın İstanbuldakı Baş Konsulluğunun binasında axtarış aparıblar.
Daha əvvəldən itkin düşmüş C.Qaşıqçının sorğu və qətl anının onun "Apple Watch" saatına yazıldığı məlum olub.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

Yevgeni Jukov: "Azərbaycanda neft hasilatının azalması iqtisadi artıma əhəmiyyətli təsir edib"

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Bakıda zülmətə qərq olan yol təhlükə saçır - Video

Ən çox oxunanalar