Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qarabağ”la oyunda 5:0 hesablı qələbə gözləyirdilər”


“Çelsi” və “Atletiko”nun yer aldığı qrupdan bizim çıxacağımıza heç kim inanmırdı. Lakin öz gücümüzə güvənirdik və istəyimizə də çatdıq”


 Apasport.az saytının məlumatına görə, bu sözləri “Roma”nın hücumçusu Edin Dzeko deyib.

“Canavarlar”ın ötən mövsüm Çempionlar Liqasında keçdiyi yolla bağlı müsahibə verən Bosniya və Herseqovina millisinin üzvü qrup mərhələsində “Qarabağ”la Bakıda keçirdikləri görüşlə bağlı xüsusi danışıb. O, qələbəni çətinliklə qazandıqlarını etiraf edib: “Hər kəs düşünürdü ki, “Qarabağ”a 4:0 və ya 5:0 hesabı ilə qalib gəlməliyik. Yəni bizdən bunu gözləyirdilər. Ancaq Çempionlar Liqasında bu, heç də asan deyil. Hər iki görüşdə rəqibi məğlub etdikdən sonra insanlar fikirləşirdilər ki, “Qarabağ” yaxşı komanda deyil. Bakıdakı matçın birinci hissəsində oyunumuz yaxşı alındı. Ancaq ikinci hissədə çətinliklə üzləşdik. Bu, bizim üçün vacib oyunlardan biri idi. Çünki bununla qrupda ilk qələbəmizi qazandıq”.

Qeyd edək ki, qrup mərhələsində “Qarabağ”ı Bakıda 2:1, Romada isə 1:0 hesabı ilə məğlub edən “Roma” yarımfinala qədər irəliləyib və finalın bir addımlığında “Liverpul”a yenilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

ABŞ-da atışma nəticəsində 3 polis əməkdaşı ölüb, 5-i yaralanıb

Bakıda I və II Şəhidlər xiyabanında tanınmadan dəfn edilən 13 nəfərin şəxsiyyəti müəyyənləşib - Siyahı    

Maskın sərvəti “Baidu” ilə əməkdaşlıq fonunda 37 milyard dollar artıb

ABŞ "Qiyamət təyyarəsi"ni göstərdi: İlk olaraq prezidenti xilas edəcək - Foto

Əli Mirəliyev: “Kişi botoks etdirməz, saçına rəng qoymaz” - Video    

Ən çox oxunanalar