Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Qarabağ" "Sumqayıt"ı böyük hesabla məğlub etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında X tura start verilib.

PİA.az-ın məlumatına görə, günün yeganə oyununda "Qarabağ" "Sumqayıt"ı qəbul edib. "Azersun Arena"dakı qarşılaşma meydan sahiblərinin 6:1 hesablı qələbəsi ilə başa çatıb.

Ağdam klubunun heyətində əsas müdafiəçilərdən Maksim Medvedevlə Rahil Məmmədov koronavirusa yoluxduqlarından, Bədavi Hüseynov və Abbas Hüseynov isə zədəli olduqları üçün baş məşqçi Qurban Qurbanov müdafiənin mərkəzindı Kevin Medina və Qara Qarayevə şans vermişdi. Sağ cinahda isə Donald Gerye meydana çıxmışdı.

Matçda hesabı 28-ci dəqiqədə Gerye açıb. 6 dəqiqə sonra Abdullah Zubir 2-ci topu rəqibin qapısından keçirib. İlk hissənin əsas vaxtına əlavə olunmuş 1-ci dəqiqədə haitili futbolçu dublunu rəsmiləşdirib. Komandalar fasiləyə bu hesabla yollanıblar. İkinci yarıya da hücumlarla başlayan "Qarabağ" 54-cü dəqiqədə Toral Bayramovun qolu ilə fərqi daha da artırıb. 75-ci dəqiqədə Mahir Emreli komandasının 5-ci qolunu vurub. 87-ci dəqiqədə "Sumqayıt" fəırqi azaldıb. Qonaqlardan Tellur Mütəllimov fərqlənib. 90-cı dəqiqədə isə Zubir görüşdə son nöqtəni qoyub - 6:1.

Bu qələbədən sonra xallarını 18-ə çatdıran "köhlən atlar" vahid lider olub. "Sumqayıt" isə 15 xalla 2-ci pillədə qalıb.

Turun bu günə nəzərdə tutulan digər oyunu olan "Sabah" - "Səbail" matçı qonaqların heyətində koronavirus aşkarlandığı üçün təxirə salınıb.

Qeyd edək ki, tura sabah keçiriləcək "Qəbələ" - "Neftçi" və "Zirə" - "Keşlə" oyunları ilə yekun vurulacaq.(Report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

ABŞ-da atışma nəticəsində 3 polis əməkdaşı ölüb, 5-i yaralanıb

Bakıda I və II Şəhidlər xiyabanında tanınmadan dəfn edilən 13 nəfərin şəxsiyyəti müəyyənləşib - Siyahı    

Maskın sərvəti “Baidu” ilə əməkdaşlıq fonunda 37 milyard dollar artıb

ABŞ "Qiyamət təyyarəsi"ni göstərdi: İlk olaraq prezidenti xilas edəcək - Foto

Əli Mirəliyev: “Kişi botoks etdirməz, saçına rəng qoymaz” - Video    

Ən çox oxunanalar