Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Mərhum valideynini söyür, şər atır" - Brilliant Dadaşovadan sərt sözlər

"Müstəqilliyimizi sənəti aşağı olanlar hərcmərclik kimi qəbul etdilər. Bir-birinin üzünə bu gün tüpürüb, sabah qucaqlayanları görüb təəccüblənirəm"...

Bu sözləri Xalq artisti Brilliant Dadaşova "Show news" verilişində deyib. Müğənni qalmaqal edən həmkarlarını qınayıb.

Dadaşova bildirib ki, belə sənət adamlarını qəbul etmir:

"Bir-birinə insanı keyfiyyətlərdən uzaq olan sözlər deyənlər, sabah qucaqlaşır, barışır. Barışmaq əziz insanlara - ata-ana, bacı-qardaşa aiddir. Sənətdə dost ya yaxşıdır, ya da deyil. Küsüb-barışmaq anladım ki, gündəmdə qalmaq üçündür. Bunlar tamaşaçının gözü qarşısında simasızlıqdır.

Elə insanlar var ki, onlar olan yerə getmirəm. Layiq bilmirəm onlar olan atmosferdə yer alım. Sənəti olmayanlar səhnədə sponsor, "day-day", sevgili gücünə sənin yanında dayanırlar. Sonra da pis simalarını göstərirlər. Haq özü onları yerbəyer edir. Sənəti olana heç kim bata bilməz. Sənəti olmayan heç olmasa, dilini yaxşı etsin.

Elə insanlar var ki, mənim olduğum məkana onların gəlməsinə icazə vermirəm. İnanıram ki, o dünyada da ayrı məkanlara düşərik. Kiminsə mərhum valideynini söyən, təhqir edən, şərə əl atan insanlar mən olan yerdə olmayacaqlar.

Məni olmadığım kimi tamaşaçıya təqdim etmək üçün bəzilərinə pul verib, məni gözdən saldırıblar. Təəccüblənirdim ki, belə insanlar var?".(axşam.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Yevgeni Jukov: "Azərbaycanda neft hasilatının azalması iqtisadi artıma əhəmiyyətli təsir edib"

Ən çox oxunanalar