Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin növbəti parlament seçkilərində deputat mandatı alacağı ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılmaqdadır.
Yayılan məlumatların nə dərəcədə doğru olub-olmadığına aydınlıq gətirmək üçün KONKRET.az-ın əməkdaşı H.Hacıyevdən münasibət öyrənib.
H.Hacıyev saytımıza açıqlamasında bu məlumatlardan xəbərsiz olduğunu bildirdi: “Bu, mənə maraqlı deyil. Mənə deputat mandatı versələr də sağ olsunlar, verməsələr də. Əgər sizdə belə bir informasiya varsa, çox minnətdaram”.
pia.az