Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"İndi tək ümidim qalıb intihar etməyə..."

Rövşən Rzayev məcburi köçkün ailəsini intihar həddinə çatdırıb...

"Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri təyin olunandan sonra Rövşən Rzayevin əvvəlki sədr Əli Həsənovdan fərqli olaraq qaçqınlara gün ağlayacağına ümid edirdik. Amma indi görürük ki, Rövşən Rzayev də vəzifəyə pul qazanma yeri kimi baxır". Bu sözlər DİA.AZ-a daxil olan şikayət məktubundandır.

Füzuli rayonundan məcburi köçkün düşən Ramin Heydərov bildirir ki, gənc ailə başçısıdır və bir xəstə övladı var: "Amma bizim ailəyə qarşı Rövşən Rzayev gələndən sonra sanki bir "səlib yürüşü" başladılıb. Bilmirəm bizdən nə istəyirlər. Bizi qeydiyyatda olduğumuz yataqxanadan da çıxarıblar. Səbəb də göstərmirlər. Dəfələrlə "Qaçqınkom"um işçisi İbrahim müəllimlə əlaqə yaratmaq istəsəm də, telefonlarıma cavab vermir. İndi tək ümidim qalıb intihar etməyə. Ailəmi də xəbərdar etmişəm".

Bu gün Rövşən Rzayevin qəbuluna yazıldığını deyən Füzuli qaçqını onu da bildirdi ki, sədr onu qəbul etməzsə, qərarında qətidir: "Özümü "Qaçqınkom"un qarşısında yandıracam. Çünki çarəsizəm, dövlət tərəfindən heç bir qayğı görməmişəm və Rövşən Rzayev gələndən bəri isə imtiyazlarımızı bir-biri itiririk".

Onu da bildirək ki, məcburi köçkünün ittihamları ilə bağlı biz də sözügedən qurumla əlaqə saxlamağa çalışsaq da, telefonlarımıza cavab verən olmadı. Yenə də qarşı tərəfi də dinləməyə hazırıq...

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

Şuşaya yeni həyat verilir: İlk köçün həyəcanı yaşanır - Video

Bir qrup incəsənət xadiminə Prezident mükafatları veriləcək - Sərəncam

Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar - Video

İlham Əliyev bir qrup mədəniyyət xadiminə Azərbaycan Prezidentinin təqaüdünün verilməsi barədə sərəncam imzalayıb

Bakıda beşmərtəbəli binada təhlükəli vəziyyət: RİH-in razılığı ilə zirzəmini mənzil etdilər - Foto

İlham Əliyev və Mehriban Əliyeva faşizm üzərində Qələbə uğrunda həlak olan azərbaycanlıların xatirəsini ehtiramla anıblar

Ən çox oxunanalar