Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Əvvəlki çağırışın iş planı yeni çağırış iş planına ötürülməsin" - Erkin Qədirli

Deputat Erkin Qədirli Milli Məclisdə ilk çıxışını edib...

PİA.az xəbər verir ki, o, çıxışında təklif edib ki, əvvəlki çağırışda müzakirə edilib qəbul edilməyən layihələr yeni çağırışa ötürülməsin:

“Belə ənənə parlamentarizm təcrübəsi olan ölkələrdə yoxdur. Ona görə də, arzum bununla bağlıdır ki, əvvəlki çağırışın iş planı yeni çağırış iş planına ötürülməsin. Hansısa çağırış layihəyə baxa bilməyibsə, həmin layihə sıfırlanmalıdır. Mən “Əmanətlərin sığortalanması haqqında” qanuna bitərəf qaldım. Sadəcə layihənin əsaslandırmasını görmədim. Layihələr olanda əsaslandırması ilə birgə bizə təqdim edilməsini xahiş edirik.

O cümlədən “Qeyri-hökumət təşkilatları haqqında”, “Qrantlar haqqında” qanun dəyişdirilməlidir”.

E. Qədirli həmçinin adının Hüquq siyasəti və dövlət quruculuğu komitəsi üzvü kimi siyahıya salınmamasına etiraz edib. O bildirib ki, bu komitəyə üzv yazılmışdı: “Amma nədənsə öz adımı burada görmədim. Mən özüm hüquqşünasam. Bu komitədə olmasam, daha mənim nə burada nə işim var?”

Sözügedən komitənin sədri Əli Hüseynli bildirib ki, bu texniki məsələdir: “Artıq elektron qaydada bu məsələ nəzərə alınıb. Siz komitənin üzvüsünüz”. (Qafqazinfo)

pia.az


Etiket: Erkin Qədirli


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

Şuşaya yeni həyat verilir: İlk köçün həyəcanı yaşanır - Video

Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar - Video

Bir qrup incəsənət xadiminə Prezident mükafatları veriləcək - Sərəncam

İlham Əliyev bir qrup mədəniyyət xadiminə Azərbaycan Prezidentinin təqaüdünün verilməsi barədə sərəncam imzalayıb

Bakıda beşmərtəbəli binada təhlükəli vəziyyət: RİH-in razılığı ilə zirzəmini mənzil etdilər - Foto

Moskvada “9 May” qələbə günü münasibətilə hərbi parad keçirilib - Canlı yayım

Ən çox oxunanalar