Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Elə bilirəm ki, Messi mənim belimdən gəlib"

Biz ümumiyyətlə, nə futbolda, nə həyatda, nə də sənətdə bir-birimizə pas verməyi xoşlamırıq. Millət olaraq kollektiv oyunlar bizdə alınmır

PİA.az xəbər verir ki,Yazıçı Seyran Səxavət moderator.az-a müsahibə verib və o, futbolla bağlı sualları da cavablandırıb.

- Azərbycanın ən möhtəşəm futbol azarkeşlərindən birisiniz. "Barselona” ya azarkeşlik edirsiniz və hesab edirsiniz ki, Messi sizin oğlunuzdu...

- Bəli. Elə bilirəm ki, Messi mənim belimdən gəlib. Görün o, nə qədər mədəniyyətlidi, o, dünyanın bütün prezidentlərindən daha məşhur və sevimlidi. Çox zəhmətkeş uşaqdı, uşaqlıqda xəstə olub.

- Bəs bizdə niyə futbolçularımız bir-birinə pas verməyi xoşlamırlar?

- Biz ümumiyyətlə, nə futbolda, nə həyatda, nə də sənətdə bir-birimizə pas verməyi xoşlamırıq. Millət olaraq kollektiv oyunlar bizdə alınmır, fərdilik daha möhtəşəm olur.

- "Qarabağ”ın oyununa baxırsınız?

Əvvəllər baxırdım və indi baxmıram. Çünki Q.Qurbanov da bu komandada çox ləngidi. "Barselona” kimi nəhəng bir komandanın məşqçisi komandadan getdi. Q.Qurbanov isə uzun illərdi bir komandadır. Əslində heç Qurbanı əvəz edəcək adam da yoxdu. Buna görə də düşünürəm ki, Azərbaycanda heç vaxt futbol olmayacaq. Mənim yadımdadı "Neftçi” komandası Yaponiyanın yığma komandasına Bakıda 10:0 qalib gəldi. İndi bizə futbola elə adam başçılıq edir ki, heç özü də bilmir futbol nədir. Ümumiyyətlə, futbolun inkişafı üçün pul lazımdı və bu da var. Amma baxır o pulu kim, hara, necə xərcləyir. Bu gün o pulu azərbaycansayağı xərcləyirlər və nəticədə göz qabağındadır.

pia.az


Etiket: Messi


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

ABŞ-da atışma nəticəsində 3 polis əməkdaşı ölüb, 5-i yaralanıb

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Bakıda I və II Şəhidlər xiyabanında tanınmadan dəfn edilən 13 nəfərin şəxsiyyəti müəyyənləşib - Siyahı    

Maskın sərvəti “Baidu” ilə əməkdaşlıq fonunda 37 milyard dollar artıb

ABŞ "Qiyamət təyyarəsi"ni göstərdi: İlk olaraq prezidenti xilas edəcək - Foto

Azərbaycana gələn turistlər Bakıdan sonra ən çox hansı əraziyə üstünlük verirlər? 

Netanyahu Baydendən BCM həbs orderlərinin qarşısını almasını istəyib

Ən çox oxunanalar