Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Böyüklərimiz bizə nə verir?


Vasif Ismayılın yazısı


Son vaxtlar, xüsusilə də yeni yaşıma girən bu aralarda bir fikir mənə rahatlıq vermir. Görəsən, övladlarımız bizə necə baxacaq? Bizimlə qürur duyacaqlarmı? 

Hələlik əlimizdə bir vətən var. Sizi bilmirəm, amma bəyənmirəm vətənimizin halını. Yoxsa siz bəyənirsiniz? 

Klassik cümlədir, amma torpaqların 20%-i işğal altındadır. Gedək erməniləri qıraq demirəm, amma bir addım da olsa irəliləməliydik axı. 

Yaxşı, indi erməni öz başının ağası deyil, heç olmazsa biz, öz ölkəmizin ağası olaq deyə bilərsiniz. Lap əccəb eləyərsiniz bunu deməklə. 

İndi, özümüzə nə gəlib? Fransa kimi olmasa da, Moldova bənzəri bir ölkə qura bilərdik axı. Biz, Moldovadan daha varlı deyilik. Nefti, küçələri və aqlayla bəzədilmiş binaları gözümüzə soxmayaq. Siz bəlkə olmamısınız, mən Moldovada əvvəllər olmuşam. Bizim neft bumu yaşanan vaxtlar belə orada küçələr qaranlıq idi. Çox sinəmizə döydük, amma axırda bizim küçələrimiz də indi qaranlıqdır. Moldovada həmişə qaranlıq idi, bizdə axırda qaraldı. Yəni, Keçəl Həsən, Həsən keçəl məsələsi kimi. Fərqi azdır. İkincisində "keçəl" sözü kiçik hərflə yazılır sadəcə olaraq. 

Azərbaycanlılar böyüklərinə hörmət hissləri ilə çox öyünürlər. Qafqazlıyıq, daha necə ola bilərdi? 

Axır vaxtlar oturub böyüklərimizə baxıram. Topçubaşov məndən çox əvvəl yaşayıb, bir də kitab yazıb, mən də bu kitabı oxumuşam. Kişiyə haqsızlıq edə bilmərəm. 

Amma mənim gördüyüm böyüklər necədir?

Sizə necə deyim? Ən yaxşısı ixtisas sahibi olduğu sənətin nəyə qulluq etdiyini bilir. Yaxşı, bacarıq ayrı sözdür, nadirən... çox nadirən onlar öz işlərini az-çox bacarırlar da. 

Amma əksəriyyətinin öz işindən xəbəri yoxdur. 

Əksəriyyəti aldığı bütün adları saxtalıqla qazanıb. 

Əksəriyyəti sizi, yəni qara camaatı vecinə də almır. 

Sözlərimi açmıram, bir növ qorxaqlıq edirəm. 

Qoy, mən qorxaq olum. 

Böyüklərimizin əksəriyyətiinə hörmət etmirəm. 

Qoy, sabah bizim balacalar da bizə hörmət etməsinlər. 

Haqları var. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

Yevgeni Jukov: "Azərbaycanda neft hasilatının azalması iqtisadi artıma əhəmiyyətli təsir edib"

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Ən çox oxunanalar