Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Azercell" korporativ müştərilərə üç yeni tarif paketini təqdim edib

"Azercell"dən yeni təklif...

Azərbaycanın mobil rabitə operatoru "Azercell Telekom" şirkəti korporativ müştərilərə təklif olunan tariflərin optimallaşdırılması məqsədilə “Data” nömrələr üçün yeni “Biznesim İoT 50MB”, “Biznesim İoT 100MB” və “Biznesim Geniş zolaqlı” tariflərini təqdim edib.

PİA.az şirkətin yaydığı məlumata istinadən xəbər verir ki, 2 iyuldan etibarən korporativ müştəri seqmentində fakturalı xətt sisteminə aid “Data” nömrələrində 50 və 100 MB internet paketlərinə abunəlilikləri olan istifadəçilər avtomatik qaydada istifadə etdikləri paketlərin həcmlərinə müvafiq olaraq yeni yaradılan “Biznesim İoT 50MB”, “Biznesim İoT 100MB” tariflərindən birinə keçiriləcəklər. Həmin tarixdən etibarən müvafiq 50 və 100 MB internet paketləri ləğv ediləcək.

Digər internet paketlərinə abunəliliyi olan və ya internet xidmətindən paketsiz istifadə edən və 2 iyul 2020-ci il tarixinədək son 30 gün ərzində hər hansı həcmdə trafik müşahidə edilən korporativ “Data” nömrələr həmin tarixdən etibarən avtomatik qaydada yeni yaradılan “Biznesim Geniş zolaqlı” tarifinə keçiriləcəklər.

2 iyul 2020-ci il tarixinədək son 30 gün ərzində hər hansı həcmdə trafik müşahidə edilməyən korporativ “Data” nömrələrin xətti iki tərəfli bağlanmaqla, onlara xidmət göstərilməsi lüzumsuz, əlavə xərclər ilə qarşılaşmamaqları məqsədilə həmin tarixdən etibarən dayandırılacaq. Xəttin iki tərəfli bağlanmasından sonrakı 180 günlük müddətin tamamınadək, abunəçi müraciət etməklə müvafiq tariflərdən birini seçərək xəttini aktivləşdirməsə, bu abunəçinin Abunə Müqaviləsindən birtərəfli imtinası hesab edilməklə müqaviləyə xitam veriləcək.

pia.az


Etiket: Azercell


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

ABŞ-da atışma nəticəsində 3 polis əməkdaşı ölüb, 5-i yaralanıb

Bakıda I və II Şəhidlər xiyabanında tanınmadan dəfn edilən 13 nəfərin şəxsiyyəti müəyyənləşib - Siyahı    

Maskın sərvəti “Baidu” ilə əməkdaşlıq fonunda 37 milyard dollar artıb

Əli Mirəliyev: “Kişi botoks etdirməz, saçına rəng qoymaz” - Video    

ABŞ "Qiyamət təyyarəsi"ni göstərdi: İlk olaraq prezidenti xilas edəcək - Foto

Ən çox oxunanalar