Bazar, 26 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"AKINCI" silahlı PUA-nın istismarı kursunu bitirən hərbçilərimizə sertifikatlar təqdim edilib

"AKINCI" silahlı PUA-nın istismarı kursunu bitirən hərbçilərimizə sertifikatlar təqdim edilib.

"Report" xəbər verir ki, Türkiyənin Tekirdağ şəhərində yerləşən Çorlu Uçuş Təlim Mərkəzində "Baykar" müdafiə sənayesi şirkəti tərəfindən təşkil edilmiş "AKINCI silahlı pilotsuz uçuş aparatını idarəetmə kursu"nun növbəti buraxılışına həsr olunan mərasim keçirilib.

Buraxılış mərasimində "Baykar" şirkətinin rəsmiləri, ictimaiyyət nümayəndələri və kursun müəllim heyəti ilə bərabər, Türkiyə Respublikası "Baykar" müdafiə sənayesi şirkətinin texniki direktoru Selçuk Bayraktar, Azərbaycanın İstanbuldakı Baş konsulu Nərminə Mustafayeva və Azərbaycan Silahlı Qüvvələrinin Türkiyədəki hərbi attaşesi, polkovnik Müşfiq Məmmədov iştirak edib.

S.Bayraktar "Baykar" şirkətinin texnologiya və innovasiya istiqamətində gördüyü son işlərdən danışıb və şirkətin milli imkanlar ilə istehsal etdiyi silahlı pilotsuz uçuş aparatlarının döyüş meydanlarında həlledici rolunu diqqətə çatdırıb.

Baş konsul Nərminə Mustafayeva isə artıq bütün dünyada tanınan və dünyanın qabaqcıl ölkələrinin də maraq göstərdiyi "Bayraktar" silahlı pilotsuz uçuş aparatının 2-ci Qarabağ savaşındakı rolundan bəhs edib. Baş konsul "Baykar" müdafiə sənayesi şirkətinin istehsalı olan "AKINCI" silahlı pilotsuz uçuş aparatının istismarı kursunu müxtəlif ixtisaslar üzrə müvəffəqiyyətlə bitirən hərbi qulluqçularımızı təbrik edərək, onlara Azərbaycanın müdafiəsi naminə gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıb. Tədbirin sonunda kursu müvəffəqiyyətlə bitirən türkiyəli məzunlarla bərabər, Azərbaycan və Qırğızıstanı təmsil edən məzunlara sertifikatlar təqdim edilib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda ilk dəfə bəzi avtomobillər ucuzlaşıb

Əli Mirəliyev: "Bilmirəm adamlara nə cavab verim"

Paşinyanın helikopteri Böyük Qarakilsədə məcburi eniş etdi

"Eurolux"un rəhbəri və qardaşı oğlu niyə bıçaqlanıb?

Şuşa şəhərinə yeni köçürülən 32 ailəyə mənzillərin açarları təqdim edilib - Yenilənib

Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - Yenilənib

Azad olunan ərazilərdə yeni sərhəd zastavası xidməti istifadəyə verilib

30 yaşlı kişiyə ərə veriləcəyi deyilən doqquzuncu sinif şagirdi ilə bağlı rəsmi açıqlama

İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir - Yenilənir    

Zelenski Rusiya ilə atəşkəsə dair danışıqlardan imtina edib

Ən çox oxunanalar