Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zakir Qaralov AŞPA-nın sədrini qəbul edib


Sentyabrin 22-də Baş prokuror Zakir Qaralov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri, xanım Ann Brasör ilə görüşüb


Musavat.com-a Baş Prokurorluqdan daxil olan məlumata görə, Azərbaycan Respublikası ilə AŞPA arasında əməkdaşlığın möhkəmləndirilməsinə böyük önəm verdiyini bildirən Baş prokuror ölkəmizin məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi istiqamətində mütərəqqi qanunvericilik aktlarının qəbul edilməsi, bu islahatlar çərçivəsində prokurorluğun fəaliyyəti üçün normativ-hüquqi bazanın yaradılması, son illər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq, korrupsiyaya qarşı mübarizə sahəsində mühüm qanunverici və praktiki tədbirlərin həyata keçirilməsi, ölkə həyatının bütün sahələrində şəffaflığın artırılmasına istiqamətlənmiş institusional islahatların aparılması barədə ətraflı məlumat verib.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi və tətbiqinin prokurorluq orqanları qarşısında prioritet vəzifə olduğunu diqqətə çatdıran Baş prokuror, çıxışında respublikamızda İnsan hüquqları üzrə Avropa Konvensiyasının implementasiyası, insan hüquqlarının qorunması istiqamətində aparılan işlər, o cümlədən, “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar konkret işlərin həyata keçirildiyini xüsusi vurğulayıb.

AŞPA ilə Azərbaycan Respublikası arasında sıx əməkdaşlıqdan və bu əlaqələrin daha da inkişaf etdirilməsindən məmnunluğunu ifadə edən qonaq ölkəmizdə məhkəmə-hüquq sistemində həyata keçirilən islahatları, xüsusilə korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işləri yüksək qiymətləndirib.

Daha sonra tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

ABŞ-da atışma nəticəsində 3 polis əməkdaşı ölüb, 5-i yaralanıb

Maskın sərvəti “Baidu” ilə əməkdaşlıq fonunda 37 milyard dollar artıb

Bakıda I və II Şəhidlər xiyabanında tanınmadan dəfn edilən 13 nəfərin şəxsiyyəti müəyyənləşib - Siyahı    

Əli Mirəliyev: “Kişi botoks etdirməz, saçına rəng qoymaz” - Video    

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Ən çox oxunanalar