Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

TAP Azərbaycanın iqtisadi təhlükəsizliyinə və rifahına töhfə verəcək - Ariel Koen

Trans Adriatik Boru Kəmərinin (TAP) istifadəyə verilməsi Azərbaycan üçün böyük bir addımdır, çünki bu layihə illik gəlir gətirəcək və ölkənin iqtisadi təhlükəsizliyinə və rifahına töhfə verəcəkdir.

Bunu Trend-ə Atlantika Şurasının böyük elmi işçisi və "International Market Analysis Ltd"nin təsisçisi Ariel Koen deyib.

Koenin qeyd etdiyi kimi, TAP Xəzər qazını Azərbaycandan Gürcüstan və Türkiyə üzərindən Avropaya çatdıracaq və beləliklə Avropa üçün təbii qaz mənbələrini şaxələndirəcək: "Hesab edirəm ki, bu layihənin strateji hədəfi əlavə kompressor stansiyalarının quraşdırılması və qaz tədarükünü ildə mövcud 10 milyard kubmetrdən 20 milyard kubmetrə çatdırmaq olacaq."

Qeyd edək ki, 31 dekabr 2020-ci ildə Azərbaycan qazının Transadrtatik qaz kəməri ilə Avropaya tədarükü başlayıb.

Tarixdə ilk dəfə olaraq Azərbaycan təbii qazını boru kəmərləri ilə Avropa bazarına çıxarmağı bacardı. 15 Noyabr tarixində TAP-ın italyan qaz paylama şəbəkəsinə uğurla qoşulmasının ardından əmtəə təbii qaz bu gün SNAM Rete Gas (SRG) vasitəsi ilə Melendunyodan İtaliyaya və DESFA vasitəsi ilə Nea Mesimvriadan Yunanıstan və Bolqarıstana nəql edildi.

Bununla dünyanın ən böyük təbii qaz idxalçısı olan Avropa qaz bazarına birbaşa çıxışı olan Azərbaycan ixrac imkanlarını şaxələndirdi.

pia.az 


Etiket: TAP


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

“Threads” sosial şəbəkəsi Türkiyədə bağlanıb

Almaniya Ukraynaya daha 10 "Marder" PDM və "Leopard 2" tank mərmiləri verib

Avstriyada parlament seçkisi öncəsi müxalifətə qarşı təhqiqata başlayıb

ABŞ-da atışma nəticəsində 3 polis əməkdaşı ölüb, 5-i yaralanıb

Ən çox oxunanalar