Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Seçkidən sonra Türkiyədə yaranan siyasi vəziyyət... - Yeni siyasi ittifaqlar uğurlu ola bilər?

Türkiyədə bir sıra müxalif partiyalar yeni birliklər, koalisiyalar halında yenidən bir araya gəlir...

Politoloq: “Seçkilərdən sonra məğlub olmuş partiyaların koalisyalarının dağılması, yenilənməyə getməsi və ya yeni partiyaların birləşməsi normal haldır”.

“Türkiyədə hazırkı iqtidarın elektoratı ilə qurulan siyasi ittifaqların rəqib olması son seçkinin göstəricilərini dəyişmək gücündə deyil”.

Bu sözləri politoloq Azər Qasımov Türkiyədə seçkidən sonra bir neçə partiyaların birləşməsini Poliqon-a şərh edərkən qeyd edib.

Rəcəb Tayyib Ərdoğan yenidən Türkiyə prezidenti seçilsə də, müxalifət cəbhəsi öz məğlubiyyətini həzm edə bilmir. “Millət İttifaqı”nın gözlənilən nəticəni əldə edə bilməməsinin ardınca bir sıra müxalif partiyalar yeni birliklər, koalisiyalar halında bir araya gəlir. Məsələn, Əhməd Davudoğlu bir neçə partiyanın birləşməsinin anonsunu verib. Söhbət Davudoğlunun sədri olduğu Gələcək, habelə “Millət İttifaqı”na daxil olan Demokrat, Səadət və DEVA Partiyalarından gedir.

Seçkidən sonra Türkiyədə yaranan və yaranmaqda olan siyasi vəziyyəti necə dəyərləndirmək olar? Yeni qurulan siyasi ittifaqlar hazırkı iqtidara rəqib ola bilər?

Türkiyə siyasətini Poliqon-un əməkdaşı politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “Yeni koalisiyaların yaranması bəlli olan elektoratın arasından seçiləcək namizədlərdən və partiyalardan təşkil ediləcək ki, bu da ümumi duruma ciddi təsir etməyəcək”.

Türkiyədə seçkilərdən əvvəl birləşən partiyaları xatırladan politoloq bildirib ki, onları ideologiya yox, R.T.Ərdoğanı hakimiyyətdən uzaqlaşdırmaq istəyi bir araya gətirmişdi. Bu baxımdan gələcək seçkilərə indidən hazırlamaq doğru addımdır:

“Seçkilərdən sonra məğlub olmuş partiyaların koalisyalarının dağılması, yenilənməyə getməsi və ya yeni partiyaların birləşməsi normal haldır. Türkiyə kimi mürəkkəb siyasi şəraitə malik olan dövlətdə mövcud olan partiyaların gələcəyə yönəlik addımlar atmasını təbii qarşılamalıyıq. Seçki dövründə yaranmış “Millət ittifaqı” zatən siyasi ideologiyasına görə bir-birilərinə uyğun gəlməyən partiyaların məcburi birliyi idi. Tək onu deyək ki, “Yaşıl Sol Partiya” adında türk düşməni HDP “Millət İttifaqını” dəstəkləyirdi.

Hər kəsə məlum idi ki, onları ideologiya yox, R.T.Ərdoğanı hakimiyyətdən uzaqlaşdırmaq istəyi bir araya gətirmişdi. Bu baxımdan gələcək seçkilərə indidən hazırlamaq doğru addımdır. Amma ortada bir gerçəklik vardır. Məsələ ondadır ki, Türkiyə siyasi arenası Türkiyə Respublikası yaranan gündən, yəni Atatürkün vaxtından dindarla layiq kəsimin, Osmanlı mirası ilə kapitalizmin mübarizəsi şəraitində keçib. Dindar kəsim Atatürkdən sonra dəfələrlə hakimiyyətə gəlsə də, real şəkildə indiki kimi möhkəmlənə bilməmişdi, eyni zamanda, Qərbin oyuncağı olmaqdan qurtula bilməmişdi.

Artıq durum dəyişib. Dəyişməyən tək gerçəklik vardır ki, bu da ölkədə dindar kəsim ilə sekulyar layiq kəsim qarşılıqlı olaraq öz elektoratlarında sabitdirlər. Onlar öz dəstəkçilərinin potensialına bələddirlər. Odur ki, yeni koalisiyaların yaranması bəlli olan elektoratın arasından seçiləcək namizədlərdən və partiyalardan təşkil ediləcək ki, bu da ümumi duruma ciddi təsir etməyəcək. Bir sözlə, hazırkı iqtidarın elektoratı ilə qurulan siyasi ittifaqların rəqib olması son seçkinin göstəricilərini dəyişmək gücündə deyil”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

ABŞ-da atışma nəticəsində 3 polis əməkdaşı ölüb, 5-i yaralanıb

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Bakıda I və II Şəhidlər xiyabanında tanınmadan dəfn edilən 13 nəfərin şəxsiyyəti müəyyənləşib - Siyahı    

Maskın sərvəti “Baidu” ilə əməkdaşlıq fonunda 37 milyard dollar artıb

Ukraynada vəziyyət gərginləşib: Odessa və Xarkovda kütləvi hücumlar - Video

Ən çox oxunanalar