Çərşənbə axşamı, 08 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Priqojin müharibəni niyə dayandırmağa çağırdı?

İşğalçı müharibə başlayandan bu yana Priqojinin açıqlamalarını və müxtəlif məsələlərə reaksiyasını izləyirəm və gəldiyim qənaət budur ki, bu şəxsin başkəsənlərin lideri kimi Ukrayna torpaqlarının işğalında və qətliamlarda rolu olsa da, zaman-zaman mövcud durumu bəzəmədən deyənlərdən biridir.

Po Axar.az-a istinadən xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Rusiyanın "Vaqner" muzdlu hərbi qruplaşmasının rəhbəri Yevgeni Priqojinin Ukraynada müharibənin dayandırılmasıyla bağlı geniş yazısı haqda qeyd edib.

O bildirib ki, Kremlin ruporları televiziya kanallarında müharibədə "uğurlardan" danışarkən, Ukrayna ordusunu aşağılayarkən, Priqojin "qarşı tərəf zəif deyil, müqaviməti güclüdür" deyirdi, indi isə müharibəni dayandırmaq lazım olduğunu bildirir:

"Priqojinin məntiqi sadədədir: "Rusiya Donbasın böyük hissəsini ələ keçirib, Ukrayna parçalanıb, xeyli itki verib, Azov dənizinə çıxış nəzarətə götürülüb, Krıma quru yolumuz var, bəsimizdir, olanı qorumaq lazımdır". Priqojin bəlkə də savaşda iştirak edən rusiyalı generalların açıq deyə bilmədiyini səsləndirib. Priqojin və onunla həmfikir olan generallar anlayırlar ki, müharibənin davamı Rusiyanın itkilərini artıracaq, ortada isə real nəticə olmayacaq.

Priqojin onu da anlayır ki, Rusiya müharibənin dayandırıldığını elan etsə belə, Ukrayna dayanmayacaq. Çünki Kiyev müharibənin dayandırılmasını deyil, Rusiya ordusunun Ukrayna ərazisini tərk etməsini istəyir. Priqojinin təkliflərində isə işğal ərazilərini tərk etmək cümləsi yoxdur. Priqojin Ukraynanın Rusiyanın təklifinə razılaşmayacağı halda hadisələrin iki variantda inkişaf edəcəyini proqnozlaşdırıb: "Ya Ukrayna ordusu əks-hücuma keçərək hansısa ərazilərin azad etdikdən sonra müqavimət gücü zəifləyəcək, ya da onların əks-hücumu nəticə verməyərək, biz onları Polşa sərhədinə qədər qovmağa başlayacağıq". Ancaq Priqojin yazısında muzdluların və Rusiya ordusunun Ukrayna ordusunu Polşa sərhədinə qədər qovacaq enerjisinin və potensilanın qalmadağına da işarə edib".

Politoloq Priqojinin yazısından aşağıdakı nəticələrin çıxdığını vurğulayıb:

"Birincisi, "Vaqner" muzdluları və Rusiya ordusu irəliyə bilmir və itkiləri artır.

İkincisi, Priqojin Ukrayna ordusunun böyük əks-hücum əməliyyatına başlayacağına və bunun Rusiya üçün ağır nəticələri olacağına eyham vurur.

Üçüncüsü, Priqojinin təklifi bölgəyə sülh gətirməsə də, Rusiya siyasi elitasında və cəmiyyətində "müharibəni daha nə qədər davam etdirə bilərik" diskussiyalarını genişləndirəcək".

Poliqon.info 


Etiket: Müharibə


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

15 yaşlı qızı öldürən Kənan intihar edibmiş: Sevinc qətlə yetirilərkən hamilə olub - Yenilənib

Dünyada qadağan olunan yağ Bakıda satılır - Foto

Məscidə gedərkən itkin düşən gəncin meyiti kanaldan tapıldı

Prezident İlham Əliyev Moskvada MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib - Yenilənib

Şuşaya köçən daha 16 ailəyə açarları təqdim edilib - Fotolar

Bu qan qrupundan olan insanlar daha çox yaşayırlar

Afət Fərmanqızının oğlunun toyundan görüntülər

İrandan İsrailə: Müttəfiqlərinə de, tabut göndərsinlər!

Aslan İsmayılov iş adamı İlham Qasımovu ifşa etdi - “Dələduzluğunu davam etdirir...”

“Hizbullah” döyüşçüləri İsrailə sızmaq üçün deltaplanlardan istifadə edib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay