Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İmişlidə iki yeniyetməni elektrik cərəyanı vurub öldürdü: Cinayət işi açıldı - Yenilənib    

İmişli rayonunda iki nəfərin elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ilə bağlı cinayət işi başlanıb...

Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, aprelin 14-ü saat 14 radələrində yetkinlik yaşına çatmayan iki nəfərin İmişli şəhəri, T.İsmayılov küçəsi ərazisində yerləşən tikilinin üzərindən keçən hava elektrik xəttinə toxunmaları səbəbindən elektrik cərəyanı vurması nəticəsində ölmələri faktı ilə bağlı İmişli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

***

İmişli şəhərində, 5 saylı orta məktəbin həyətində iki yeniyetmənin ölümü ilə bağlı bəzi məqamlar bəlli olub.

İmişli Rayon Təhsil Şöbəsindən Oxu.Az-a verilən məlumata görə, yeniyetmələrdən heç biri 5 nömrəli məktəb-liseyin şagirdi olmayıb:

“2010-cu il təvəllüdlü Amid Seyran oğlu İsbərov İmişlidə yaşayıb. 2014-cü il təvəllüdlü Fərid Vahid oğlu Məmmədov isə qonaq gəlib. O, Qubadlı məktəbinin 7-ci sinif şagirdi olub.

Amid məktəbə yaxın yaşayırmış. Məktəbə bir il gec gedib, bir il də sinifdə qalıb. O, İmişlinin başqa məktəbinin şagirdi olub. Amidlə Fərid qohum deyillər. Görüşüb, məktəbin həyətinə oynamaq üçün gediblər”.

Məlumata görə, 1996-cı ildə Cəbrayıldan olan məcburi köçkünlərin məskunlaşması üçün məktəbin həyətində onlara yer verilib, uşaqlar da həmin tikilinin üstünə çıxıblar:

“Hazırda məktəb fəaliyyət göstərir. Dərs zamanı həmin əraziyə uşaqların keçməsinə icazə yoxdur. Gözətçilər dayanırlar.

Hazırda araşdırma aparılır. Yaxın zamanda nəticəsi bəlli olar”.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, məktəbin həyətində alça dərib yeyən zaman yeniyetmələri elektrik cərəyanı vurub. Dərhal təcili tibbi yardım briqadası çağırılıb, həkimlər hadisə yerində ölüm faktını qeydə alıblar.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

ABŞ-da atışma nəticəsində 3 polis əməkdaşı ölüb, 5-i yaralanıb

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Bakıda I və II Şəhidlər xiyabanında tanınmadan dəfn edilən 13 nəfərin şəxsiyyəti müəyyənləşib - Siyahı    

Maskın sərvəti “Baidu” ilə əməkdaşlıq fonunda 37 milyard dollar artıb

Əli Mirəliyev: “Kişi botoks etdirməz, saçına rəng qoymaz” - Video    

Ən çox oxunanalar