Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərsu” ASC-nin çürümüş su borusunu dəyişməyə imkanı yoxdur? Qurumdan açıqlama - Foto/Video

Paytaxtın Səttar Bəhlulzadə, 39 ünvanında zirzəmidə yerləşən qeyri-yaşayış sahəsindəki binanın əsas su xəttində olan sızma ilə bağlı problemi həll olunub.

Bu barədə Oxu.Az-a “Azərsu” ASC-dən məlumat verilib.

Bildirilib ki, problemlə bağlı olaraq son 11 gün ərzində qaynar xəttə heç bir müraciət daxil olmayıb.

galery##

***

Paytaxtın Səttar Bəhlulzadə, 39 ünvanında zirzəmidə yerləşən qeyri-yaşayış sahəsində binanın əsas su xəttində sızma var.

Bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb. 

Vətəndaş paylaşımda qeyd edib ki, çürük borular partlamaq üçün hazır vəziyyətdədir:

 
“Qaynar xəttə dəfələrlə müraciət olunub. Yaxınlaşıb baxan “əməkdaş”lar deyirlər ki, borunu dəyişməyə imkanımız yoxdur, sızan yerə xamıt vurmağa da xamıtımız. Gəlin, siz bizə 60 manat verin gedib xamıt alaq gətirək bağlayaq ki, binanın su xətti partlamasın. İndi sizdən xahiş edirəm borunu dəyişə bilmirsinizsə, heç olmasa, büdcədən mal-material üçün ayrılmış vəsaitdən bir dənə xamıt aldırıb, bu binanın partlayan borusunu təmir edəsiniz. Subasma halı olarsa, buna cavabdehliyi siz daşıyırsınız. Əks halda binanın suyunu kəsmək məcburiyyətində qalacağıq”.

Məsələ ilə bağlı “Azərsu” ASC-yə sorğu ünvanladıq. 

Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələdən məlumatlıdırlar və vətəndaşın şikayəti ilə bağlı məsələ aidiyyəti üzrə Binəqədi Su Kanal İdarəsinə yönləndirilib:

“Məsələ Binəqədi Su Kanal İdarəsinə yönləndirilib, müvafiq tapşırıqlar verilib. Sözügedən ünvandakı boru təmir ediləcək”.

Poliqon.info 

Fotolar




Etiket: Azərsu


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

ABŞ-da atışma nəticəsində 3 polis əməkdaşı ölüb, 5-i yaralanıb

Bakıda I və II Şəhidlər xiyabanında tanınmadan dəfn edilən 13 nəfərin şəxsiyyəti müəyyənləşib - Siyahı    

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Maskın sərvəti “Baidu” ilə əməkdaşlıq fonunda 37 milyard dollar artıb

Ukraynada vəziyyət gərginləşib: Odessa və Xarkovda kütləvi hücumlar - Video

Ən çox oxunanalar