Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Meşəli sakini: Ermənilər 5 ailə üzvümü öldürüb, girovluqda qulağımı kəsmək istəyirdilər

"Ermənilər girovluqda birinci qulağımı kəsmək istədilər, sonra fikirlərindən daşınıb, məni döyməyə başladılar".

APA xəbər verir ki, bunu Vaqif Xaçatryanın cinayət işi üzrə məhkəmədə Meşəli hadisələri zamanı girov götürülmüş Barat Novruzov deyib.

O bildirib ki, Vaqif Xaçatryan girovluqda qardaşı Aramislə birlikdə onu döyüb: "1991-ci ildə müdafiə postunda mən də dayanırdım. Səhərə yaxın postu dəyişdim. Postu dəyişən zaman ermənilər bizi atəşə tutdular. Üzərimizə hücuma keçdilər. Biz onlarla danışdıq ki, qadınlara yol verin, biz sizə təslim olaq. Lakin bunlar birinci razı olsa da, bacımgili silahla vurdular. Bacım həmin dəqiqə şəhid oldu. Bunların məqsədi kəndi camaatını öldürmək, girov götürmək idi. Atamı snayper vurararaq öldürdü. Evimizə sığınıb döyüşürdüm. Mən onlarla danışığa getdim ki, qadınları, qızları buraxın, təslim olum. Bunlar razılaşdı. Anam və balaca bacım çıxanda onları öldürdülər. Evimizi vurdular. Xəsarət aldım, daha sonra evimizi yandırmağa başladılar. Atamın başına pul qoymuşdular. Bilirdim ki, atamın başını kəsib aparacaqlar. Ona görə çıxdım çölə, məni girov götürdülər".

O bildirib ki, girovluqda olanda özünü qayadan atıb: "Kəndin yuxarısında balaca təpəlik vardı. Orda bir saniyə vaxt oldu və özümü ordan atdım ki, bunlardan xilas olum. Düşünürdüm ki, ölsəm də bunların əlində ölməyim. Şükür ki, ölmədim, lakin onlar məni ölmüş bilirdilər. Yaralı ola-ola qonşu kəndə qədər gedib çıxdım. Meşədə Laçın istiqamətinə yeridim. Qan itirməkdən özümdən getmişəm, gözümü açanda polisləri başımın üstündə gördüm. O vaxta qədər qardaşımı sağ bilirdim. Sən dəmə, qardaşım döyüşlərdə şəhid olub. Mənim 5 ailə üzvüm bunlar tərəfindən amansızlıqla öldürülüb".

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

ABŞ-da atışma nəticəsində 3 polis əməkdaşı ölüb, 5-i yaralanıb

Bakıda I və II Şəhidlər xiyabanında tanınmadan dəfn edilən 13 nəfərin şəxsiyyəti müəyyənləşib - Siyahı    

Maskın sərvəti “Baidu” ilə əməkdaşlıq fonunda 37 milyard dollar artıb

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Əli Mirəliyev: “Kişi botoks etdirməz, saçına rəng qoymaz” - Video    

Ən çox oxunanalar