Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Samvel Babayan Paşinyanın direktivləri üzərində Qarabağda məskunlaşıb?..

Ruben Vardanyandan sonra general Samvel Babayanın separatçılar arasında təşəbbüsü ələ almağa cəhd edir...

Politoloq: “Məndə olan məlumatlara görə Samvel Babayanın Qarabağda yerləşməsi Rusiyanın Vardanyandan sonra ikinci planı deyil”.

“Samvel Babayan Qarabağın erməni əhalisinin Azərbaycana inteqrasiyasının tərəfdarı kimi çıxış edir”.

Bu sözləri politoloq Qabil Hüseynli Samvel Babayanın separatçılar arasında təşəbbüsü ələ almaq cəhdini Poliqon-a şərh edərkən qeyd edib.

Ruben Vardanyandan sonra general Samvel Babayanın separatçılar arasında təşəbbüsü ələ almağa cəhd edir. Döyüş təcrübəsi olan və Qarabağda uzun müddət separatizm uğrunda döyüşən general Babayanın Qarabağda yerləşməsi Rusiyanın Vardanyandan sonra ikinci planı ola bilərmi, yoxsa Babayan Paşinyanın direktivləri üzərində Qarabağda məskunlaşıb?

Mövzunu Poliqon-un əməkdaşı politoloq Qabil Hüseynli ilə müzakirə edib.

Qabil Hüseynli: “Babayan seperatçıların keçmiş liderlərindən biri olsa da, rəsmi Bakı onun indiki prosesdə konstruktiv rol oynadığını, Qarabağın dağlıq hissəsindəki ermənilərin Azərbaycana inteqrasiyası etməsinə kömək göstərə biləcəyinə ehtimal edir”.

Babayan seperatçı əhval-ruhiyyəsinin, Azərbaycanla vuruşmağın mənasız tezislər olduğunu anladığını düşünən politoloq Poliqon-a açıqlamasında vurğulayıb ki, o bunun fəlakətə gətirib çıxaracağını bilir:

“Məndə olan məlumatlara görə Samvel Babayanın Qarabağda yerləşməsi Rusiyanın Vardanyandan sonra ikinci planı deyil. Bildiyimiz kimi qondarma respublikanın keçmiş Təhlükəsizlik Şurasının katibi Samvel Babayan Nikol Paşinyana yaxınlığı ilə seçilir. Üstəlik, Samvel Babayan Qarabağın erməni əhalisinin Azərbaycana inteqrasiyasının tərəfdarı kimi çıxış edir. Bu məsələdə Babayanla Araik Arutunyan və digərlərinin mövqeyində kəskin fərqlər var.

Azərbaycan tərəfi Samvel Babayanın fəaliyyətini izləyir. O, seperatçıların keçmiş liderlərindən biri olsa da, rəsmi Bakı onun indiki prosesdə konstruktiv rol oynadığını, Qarabağın dağlıq hissəsindəki ermənilərin Azərbaycana inteqrasiyası etməsinə kömək göstərə biləcəyinə ehtimal edir.

Mənim zənnimcə Samvel Babayan reallıqları görür və başqa çıxış yollarının olmadıqlarını bilir. Eyni zamanda o dünya ictimaiyyətinin nizamlama ilə bağlı platformasından xəbərdardır. Buna görə də Babayan seperatçı əhval-ruhiyyə, Azərbaycanla vuruşmaq mənasız tezislərə inanmır. O bunun fəlakətə gətirib çıxaracağını bilir. Buna görə də Azərbaycanla münasibətlərin normallaşmasının tərəfdarı kimi çıxış edir”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Ən çox oxunanalar