Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Qarabağ" yoldaşlıq oyununda "Qalatasaray"a uduzdu - Yenilənib

Bakıda "Qarabağ" və Türkiyənin "Qalatasaray" komandası arasında xeyriyyə oyunu keçirilib. 

Poliqon.info xəbər verir ki, Bakı Olimpiya Stadionunda təşkil olunmuş qarşılaşma İstanbul təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. 

Görüşdə hesabı qonaqlar açıblar. 4-cü dəqiqədə Bafetimbi Qomis fərqlənib. 18-ci dəqiqədə "köhlən atlar"ın heyətində Redon Cica bərabərlik qolunu vurub. Son nöqtəni isə 87-ci dəqiqədə qonaqların hücumçusu Mauro İkardi qoyub. Argentinalı forvard penaltini dəqiq yerinə yetirib.

Matçı Azərbaycanın FIFA referisi Əliyar Ağayev idarə edib.

Qeyd edək ki, görüşdən əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

***

Bakıda "Qarabağ" və Türkiyənin "Qalatasaray" komandaları arasında keçirilən xeyriyyə oyununda növbəti qol vurulub. 

Poliqon.info-un məlumatına görə, 87-ci dəqiqədə İstanbul təmsilçisinin hücumçusu Mauro İkardi penaltini dəqiq yerinə yetirib. 

Qonaqlar hazırda 2:1 hesabə ilə öndədirlər.

***

Bakıd "Qarabağ" və Türkiyənin "Qalatasaray" komandaları arasında keçirilən yoldaşlıq oyununda ikinci hissə başlayıb.

Poliqon.info-un məlumatına görə, ilk yarıdan sonra hesab bərabərdir - 1:1. 

4-cü dəqiqədə İstanbul təmsilçisinin hücumçusu Bafetimbi Qomis hesabı açıb. 

18-ci dəqiqədə Redon Cica tarazlığı bərpa edib.

***

Bakıda "Qarabağ" və Türkiyənin "Qalatasaray" komandaları arasında keçirilən yoldaşlıq oyununda  ilk hissə başa çatıb. 

Poliqon.info-un məlumatına görə, tərəflər fasiləyə bərabərliklə yollanıblar - 1:1. 

4-cü dəqiqədə İstanbul təmsilçisinin hücumçusu Bafetimbi Qomis hesabı açıb. 

18-ci dəqiqədə Redon Cica tarazlığı bərpa edib.

***

Bakıda "Qarabağ" və Türkiyənin "Qalatasaray" komandaları arasında keçirilən yoldaşlıq oyununda  növbəti qol vurulub. 

Poliqon.info-nun məlumatına görə, "köhlən atlar"ın heyətində Redon Cica 18-ci dəqiqədə tarazlığı bərpa edib - 1:1.

***

"Qarabağ" - "Qalatasaray" oyununda erkən qol vurulub.

Bakıda "Qarabağ" və Türkiyənin "Qalatasaray" komandaları arasında keçirilən yoldaşlıq oyununda hesab açılıb. 

Poliqon.info-un məlumatına görə, 4-cü dəqiqədə İstanbul təmsilçisinin heyətində Bafetimbi Qomis fərqlənib.

***

Bakıda "Qarabağ" və Türkiyənin "Qalatasaray" komandaları arasında yoldaşlıq oyunu başlayıb. 

Poliqon.info xəbər verir ki, Bakı Olimpiya Stadionundakı qarşılaşma saat 20:00-da start götürüb. Matçı FIFA referisi Əliyar Ağayev idarə edir.

Qeyd edək ki, görüşdən əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar