Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Natiq Cəfərli: Böyük sülh müqaviləsi vacibdir...

Azərbaycanla Ermənistanın sülh sazişi imzalanması çətin və uzun proses kimi görünür...

İqtisadçı-ekspert: “Azərbaycanla Ermənistan arasında birbaşa danışıqlar baş tutarkən daha effektiv olur”.

“Bu sülh müqaviləsinin olması baş tutacaqsa, (biz hamımız ümid edirik ki, bu il bu baş tutacaq) bu zaman Cənubi Qafqazın özü üçün də yeni perspektivlər açılır”.

Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli Azərbaycanla Ermənistan arasında gözlənilən sülh sazişinin bölgəyə iqtisadi və siyasi təsirlərini Poliqon-a şərh edərkən qeyd edib.

Ermənistandan və Qərbdən səsləndirilən fikirlərə baxarsaq, Azərbaycanla Ermənistanın sülh sazişi imzalanması çətin və uzun proses kimi görünür. Eyni zamanda sülh prosesinin hər an dayanması təhlükəsi də ortalıqdadır və bu təhlükəni yaradan daha çox Qərbin vasitəçi kimi prosesə yanaşmasıdır.

Sülh sazişi imzalamadan AzərbaycanErmənistanın müharibə olmadan yanaşı yaşaması mümkün görünürmü və ümumiyyətlə, hazırkı status-kvo ilə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin olmaması bölgənin iqtisadi və siyasi həyatına necə təsir edə bilər?

Mövzunu Poliqon-un əməkdaşı iqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirə edib.

Natiq Cəfərli: “Qarşılıqlı ərazi bütövlüyünün tanınması, delmitasiya və demarkasiyanın prinsipləri, kommunikasiyaların açılması prinsipləri ilə bağlı ard-arda protokollar imzalana bilər”.

Cənubi Qafqazda yeni logistik imkanların, yeni tranzit imkanların, yeni iqtisadi münasibətlərin mövcud olacağını proqnoz edən ekspert Poliqon-a bildirib ki, bütün bunlar Cənubi Qafqazda hər üç ölkənin də yararınadır:

Azərbaycanla Ermənistan arasında birbaşa danışıqlar baş tutarkən daha effektiv olur. Yəni hansısa kənar müdaxilələr olmadan danışıqlar daha tez və effektli irəliləməyə başlayır. Təbii ki, böyük sülh sazişinin imzalanmasında müəyyən çətinliklər var. Amma bu heç də o demək deyil ki, böyük sülh sazişi bir sənədlə imzalana bilər.

Onun da komponentləri var. Müxtəlif məsələlər üzrə ümumi razılaşmaya gəlib, ard-arda sülh müqaviləsinin təməlini təşkil edəcək protokollar da imzalana bilər. Bunlar qarşılıqlı ərazi bütövlüyünün tanınması, delmitasiya və demarkasiyanın prinsipləri, kommunikasiyaların açılması prinsipləri ilə bağlı ard-arda protokollar imzalana bilər. Bu da dayanıqlı sülh prosesinə töhvə verə bilər və ümumi sülh müqaviləsinin təməlini, onun onurğasını təşkil edə bilər.

Əlbəttə ki, böyük sülh müqaviləsi vacibdir. Bu sülh müqaviləsinin olması baş tutacaqsa, (biz hamımız ümid edirik ki, bu il bu baş tutacaq) bu zaman Cənubi Qafqazın özü üçün də yeni perspektivlər açılır. Yəni Cənubi Qafqazda yeni logistik imkanlar, yeni tranzit imkanları, yeni iqtisadi münasibətlər mövcud olacaq. Bütün bunlar Cənubi Qafqazda hər üç ölkənin də yararınadır”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

ABŞ-da atışma nəticəsində 3 polis əməkdaşı ölüb, 5-i yaralanıb

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Bakıda I və II Şəhidlər xiyabanında tanınmadan dəfn edilən 13 nəfərin şəxsiyyəti müəyyənləşib - Siyahı    

Maskın sərvəti “Baidu” ilə əməkdaşlıq fonunda 37 milyard dollar artıb

Əli Mirəliyev: “Kişi botoks etdirməz, saçına rəng qoymaz” - Video    

Ən çox oxunanalar