Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mali hakimiyyəti üsyançılarla atəşkəs müqaviləsini ləğv edib

Mali hakimiyyəti ölkənin şimalında fəaliyyət göstərən üsyançılarla atəşkəs müqaviləsini dərhal ləğv etdiyini açıqlayıb...

Poliqon xəbər verir ki, bu barədə France Press Agentliyi məlumat yayıb. Tərəflər arasında 2015-ci ildə tərəflər arasında razılıq əldə olunub.

Hökumət sözçüsü polkovnik Abdulay Mayqa televiziya ilə çıxışında bunu səbəbini "bəzi imza edən qrupların mövqeyində dəyişiklik" olması ilə əlaqələndirib. Sözçü həmçinin Mali hakimiyyəti ilə üsyançılar arasında danışıqlarda aparıcı vasitəçi kimi çıxış edən Əlcəzairin də “düşmənçilik hərəkətləri” törətdiyini iddia edib. Mayqa qeyd edib ki, Mali hökuməti razılaşmanın “tamamilə qeyri-mümkün olduğunu” düşünür.

Qeyd edək ki, “Əlcəzair sazişi” adlanan saziş keçmiş üsyançıların Malinin müdafiə qüvvələrinə inteqrasiyasını, həmçinin ölkənin regionlarına daha geniş muxtariyyət verilməsini nəzərdə tuturdu. AFP-nin məlumatına görə, 2023-cü ildə səkkiz illik barışıqdan sonra separatçılarla Mali hökumət qüvvələri arasında döyüşlər avqust ayında bərpa edilib və saziş effektiv şəkildə pozulmağa başlayıb. Bu, ötən ilin iyununda BMT sülhməramlılarının ölkədən çıxarılmasından sonra baş verib.

Elə həmin ay Malidə yeni konstitusiya layihəsi üzrə referendum keçirilib. Hakimiyyət orqanlarının məlumatına görə, yenilikləri səsvermə iştirakçılarının 96,91%-i dəstəkləyib və Konstitusiya Məhkəməsi referendumun nəticələrini təsdiqləyib. Yeni konstitusiya xüsusilə prezidentin səlahiyyətlərini genişləndirir, ölkədə həmçinin Senat və Hesablama Palatası da yaradılıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

ABŞ-da atışma nəticəsində 3 polis əməkdaşı ölüb, 5-i yaralanıb

Maskın sərvəti “Baidu” ilə əməkdaşlıq fonunda 37 milyard dollar artıb

Bakıda I və II Şəhidlər xiyabanında tanınmadan dəfn edilən 13 nəfərin şəxsiyyəti müəyyənləşib - Siyahı    

Əli Mirəliyev: “Kişi botoks etdirməz, saçına rəng qoymaz” - Video    

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Ən çox oxunanalar