Çərşənbə, 22 Mart 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsveç XİN: Türkiyə ilə NATO memorandumunda dini məsələlər yer almayıb

Din və əlaqəli məsələlər Ankara, Stokholm və Helsinki arasında NATO-ya üzv olmaq haqqında memorandumun bir hissəsi deyil...

PİA.az xəbər verir ki, bu barədə İsveçin xarici işlər naziri Tobias Billstrom bildirib və onun sözlərini SVT telekanalı sitat gətirib.

Bununla İsveç Xarici İşlər Nazirliyinin rəhbəri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “Stokholm müqəddəs kitabın yandırılmasına icazə verdiyi halda, Ankara krallığın hərbi bloka qoşulmasına razılıq verməyəcək” sözlərini şərh edib.

“Biz söz azadlığı məsələsində güzəştə getmirik, və İsveçdən NATO-ya üzv olmaq üçün nə tələb olunduğu da aydındır. Yəni biz üçtərəfli memorandumda göstərilən tələblərə cavab veririk. Biz bunu konstitusiyamız, qanunvericiliyimiz və hüquqi təhlükəsizlik prinsipləri ilə müəyyən edilmiş çərçivədə edəcəyik”, deyə Billstrom bildirib.

Eyni zamanda o, əlavə edib ki, o, insanların müqəddəs kitabların yandırılmasından incidiyini və bunu dərin təhqir kimi qəbul etdiyini mükəmməl şəkildə başa düşür.

Qeyd edək ki, fevralın 1-də Ərdoğan ifrat sağçı Rasmus Paludanın hərəkətlərini və İsveç hakimiyyətinin onlara reaksiyasını yenidən pisləyib.

Paludan yanvarda “Quran”ı beş dəfə yandırıb (yanvarın 21-də Stokholmdakı Türkiyə səfirliyi qarşısında, 27-də Kopenhagendəki məscid, Türkiyə səfirliyi və Rusiya səfirliyinin yaxınlığında, yanvarın 29-da isə Rusiya səfirliyi qarşısında Danimarkada) və polis onu dayandırmağa çalışmayıb. Paludan Ərdoğan İsveçin Şimali Atlantika Alyansına qoşulmasına razılıq verənə qədər “Quran”ın yandırılması ilə bağlı aksiyaları davam etdirəcəyinə söz verib.

“İsveç, xəyal belə edə bilməzsən! Nə qədər ki, siz mənim müqəddəs kitabım olan Qurani-Kərimin yandırılmasına, cırılmasına icazə verəcəsiniz və bunu təhlükəsizlik qüvvələri ilə koordinasiyada həyata keçirəcəksiniz, biz sizin NATO-ya daxil olmanıza “hə” deməyəcəyik”, deyə Türkiyə prezidenti bildirib.

Bununla belə, Ərdoğan əmin edib ki, Ankara bu məsələdə Finlandiyaya müsbət münasibət bəsləyir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Pakistan və Əfqanıstanda zəlzələ nəticəsində 11 nəfər ölüb - Yenilənib

Əlil arabasına möhtac qalan Tağı Əhmədovla bağlı yeni iddia

Nizamini farslaşdırmağa çalışan çarəsiz İrandan daha bir təxribat - Video

Qoz, sirkəli salat, siqaret: İçki içmək ədəbinin incəlikləri professorun dilindən

Vətən müharibəsi şəhidinin ailəsinə Bakıda ev verildi - Foto

“Real Madrid” futbolçusuna 1 milyard avro qiymət qoydu

Rusiyanın Ukraynadakı müharibədə itkiləri - Yenilənmiş siyahı + Foto

Avstriya - Azərbaycan oyununu yayımlayacaq kanal məlum oldu

MN: Sülhməramlı kontingentin müşayiəti ilə hərbi daşımaların həyata keçirilməsi qəbuledilməzdir

Ən çox oxunanalar