Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrail səfirinin müavini: “Azərbaycana dəstək göstərməkdən məmnunuq”

“Quba Azərbaycanın tolerant xarakterinin digər bir nümunəsidir. Bu, faktdır. Bu gün biz bu tolerantlığı birgə qeyd edirik. Azərbaycana gəldiyimdən bəri Qubaya səfərimi planlaşdırırdım. Aylar öncədən bu səfərin hər bir detalı planlaşdırılıb, burda olmağımdan necə xoşbəxt olduğumu sözlərlə ifadə edə bilmirəm”.

Bunu Qubada səfərdə olan İsrailin Azərbaycandakı səfirinin müavini Doron Peer deyib.

O bildirib ki, bu gün Dövlət Turizm Agentliyi və İsrailin Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə turizm marşrutlarının inkişafı və təkmilləşdirilməsi məqsədilə Quba rayonunun Qırmızı qəsəbəsində yeni turizm məlumat nişanları hazırlanaraq quraşdırılıb.

Səfirin müavini qeyd edib ki, səfəri çərçivəsində Qubada yəhudi icmasının üzvləri ilə görüşəcək.

“Biz yerli tur bələdçilərini lazımi ləvazimatla təmin edəcəyik, onların inkişafı üçün, həmçinin pandemiyanın yaratdığı çətinliklərin öhdəsindən gəlməsi üçün sahibkarlara dəstəklə bağlı layihələr reallaşdıracağıq. Biz burada kiçik və orta sahibkarlığın dirçəlib güclənməsi üçün birlikdə çalışacağıq. Biz vəziyyəti qiymətləndirəcəyik, həm Qubada, həm də bütünlükdə Azərbaycanda turizmin bərpası üçün işlər görəcəyik.

İsrail həqiqətən də Azərbaycanın irsini dəstəklədiyi üçün fəxr edir. Bu yalnız yəhudi icması ilə bağlı deyil, müxtəlif layihələrlə Azərbaycana dəstək göstərməkdən məmnunuq. Hazırda İsrail hökuməti və Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlıqla bağlı müzakirələr aparılır. Qarşıdakı həftədə iki ölkənin hökumət təmsilçiləri arasında yüksək səviyyəli görüş keçiriləcək və bu görüşdə müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunacaq. Bu görüşdə yaxın gələcəkdə nələrin ediləcəyi müzakirə olunacaq. İsrail və Azərbaycan arasında bu bağlılıq, isti əlaqələr xalqlarımız arasındakı yaxın münasibətlərin, sevginin və ortaq dəyərlərin əsasında qurulub”, - deyə D. Peer vurğulayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

ABŞ-da atışma nəticəsində 3 polis əməkdaşı ölüb, 5-i yaralanıb

Maskın sərvəti “Baidu” ilə əməkdaşlıq fonunda 37 milyard dollar artıb

Bakıda I və II Şəhidlər xiyabanında tanınmadan dəfn edilən 13 nəfərin şəxsiyyəti müəyyənləşib - Siyahı    

Əli Mirəliyev: “Kişi botoks etdirməz, saçına rəng qoymaz” - Video    

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Ən çox oxunanalar