Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrail İranla ABŞ arasında Vyanada qapalı gedən danışıqları alt-üst etdi? - Nüvə mərkəzinə hücumun pərdə arxası...

İsrailin “Natanz”a hücumu ABŞ Müdafiə Nazirinin səfəri ilə eyni vaxta təsadüf etdiyi üçün suallar doğurub. Lakin Ostin susub. Bəs görəsən, Ostin narahatdır, yoxsa məmnun?..

Abdurrahman Raşid
“Şarkul Avsat” qəzeti, 13 aprel 2021-ci il

İsrailin İranın “Natanz” nüvə təsisinin elektrik paylama xəttinə hücum etməsindən bir müddət əvvəl bir-birilə bağlı olan bir sıra hadisələr baş verib. Keçən şənbə günü İran “Natanz”da uranın zənginləşdirilməsini əvvəllər olduğundan 50 qat daha sürətli hala gətirəcək santrifüjlərin işlədiyini açıqlayıb və bu da bir problem kimi qəbul edilib. Beləliklə, Bayden adminstrasiyasına və Vyanada görüşdüyü qərbli sözçülərə qarşı daha çox təzyiq göstərmək istəyib.

Elə həmin gün ABŞ müdafiə naziri Loyd Ostin danışıqlardan qəzəblənən israilliləri sakitləşdirmək üçün İsrailə planlı bir səfər edib. Növbəti gün istifadəyə verildikdən cəmi 24 saat sonra “Natanz” nüvə stansiyasında elektrik paylama şəbəkəsi məhv edilib. İsraillilər Amerika tərəfini əvvəlcədən xəbərdar etməmiş və ya əməliyyatdan əvvəl əməliyyatın təfərrüatları barədə onlara xəbər verməmiş ola bilərlər. Hücum ABŞ Müdafiə Nazirinin səfəri ilə eyni vaxta təsadüf etdiyi üçün suallar doğurub. Lakin Ostin susub və kütləvi hücumla bağlı şərh verməyib. Nə tənqid, nə də müdafiə irəli sürüb. Bəs görəsən, Ostin narahatdır, yoxsa məmnun?

Nazir və prezident Co Baydenin fikirlərindən asılı olmayaraq, İsrailin kartları qarışdırdığı açıq-aşkar görünür.

İki həftə əvvəl İran güclü bir tərəf idi və “Natanz” reaktor kartı ilə danışıqlar aparırdı. Müzakirələrə qayıtmazdan əvvəl “JCPOA” nüvə razılaşması üçün tam güzəştlər edilmədiyi təqdirdə, santrifüjləri işə salacaqdı. Ancaq indi hücuma görə bu kartı da itirdi və problem içindədir. İran qərarsızdır: müzakirələrə davam etməlidir, yoxsa Vyanadakı nümayəndə heyətini geri çağırmalıdır?

İranla ABŞ arasında Vyanada qapalı gedən danışıqlar qəribə şəkildə davam edir. Çünki Amerika nümayəndə heyəti bir hoteldə, İran nümayəndə heyəti isə başqa bir hoteldə qalır. İran tərəfi birbaşa oturmaqdan imtina etdiyinə görə Amerika tərəfi Rusiya, Çin və AB-dən ibarət digər iştirakçılarla birlikdə qaldığı hoteldə mesajlarını İran nümayəndə heyətinə çatdırmaq üçün vasitəçi olaraq İngiltərə, Fransa və Almaniya nümayəndə heyətlərindən kömək almağa razı olub. İsrailin son hücumu İran təhlükəsini təxirə salacaq, amma aradan qaldırmayacaq. O zaman bəs bundan sonra nə olacaq? Danışıqların ən vacib tərəfi budur.

Əsas məsələyə gəlincə isə Bəhreyndə çıxan “Əl-Bilad” qəzetinin təşkil etdiyi və şahzadə Turki əl-Faysalın da qonaq olduğu bir forumda iştirak etdim. Natiqlərin razılaşmanın yenidən aktivləşdirilməsinin arxasındakı potensial risklər barədə dedikləri ilə razıyam və bu səbəbdən, bölgə ölkələrinin bütün ehtimallara hazır olmasının çox vacib olduğunu düşünürəm. Lakin digər tərəfdən, 2015-ci il müqaviləsi ilə əlaqəli də nəzərə alınmalı olan bir çox reallıq var:

- Razılaşma Birləşmiş Millətlər Təşkilatının himayəsi altında imzalanan beynəlxalq bir sənəddir;

- Razılaşma Rusiya və Çin tərəfindən dəstəklənib və imzalanıb. Bu, üç böyük güc arasındakı nadir bir ortaqlıq olduğu üçün onu rədd edən ölkələr də müttəfiqsiz qalırlar;

- Razılaşmanı mövcud ABŞ administrasiyası qəbul edib və lazımi vaxtı tapa bilməyən Obama administrasiyasından fərqli olaraq, Bayden adminstrasiyasının müqaviləni tam aktivləşdirmək üçün qarşıda təxminən 4 ili vaxt var.

Qarşı çıxan ərəb ölkələri bu razılaşmanın ruhuna zidd deyillər. Onlar sazişin ancaq uranın zənginləşdirməsinin dayandırılması ilə kifayətlənməsindən narazıdırlar və İranın ballistik raketlərini özləri üçün təhlükə mənbəyi olaraq görürlər, buna etiraz edirlər.

2015-ci ildə Baydenin rəhbərlik etdiyi danışıqlar qrupu hazırkı İran hökuməti ilə təcili bir razılaşma əldə etmək üçün tələsdilər və sanksiyaların qaldırılması ilə İrana15 milyard dollar qaytardılar. Ancaq iranlılara edilən bu güzəştlərə baxmayaraq, uranın zənginləşdirilməsinin dayandırılması ilə bağlı bu günə qədər bir addım da irəliləyişə nail olunmayıb. Müzakirəçilərin səlahiyyətlərini zorlayan amil isə keçmiş prezident Donald Tramp tərəfindən tətbiq edilən yeni sanksiyalar oldu. Görünən budur ki, İsrailin İrana qarşı alçaldıcı hücumu da Vyanadakı danışıqlar üçün növbəti zərbə olacaq. Ruhani hökumətinin cəmi 2 ayı ömrü qalıb və seçkilərdən sonra gedəcək. Geridə isə həqiqi rəhbərlik, yəni danışıqlara qayıtmazdan əvvəl rejimi qalib kimi göstərməyə çalışan Rəhbər və İnqilab Keşikçiləri qalacaq.

Miras qalan maneələrə və İsrailin təcavüzünə baxmayaraq, ABŞ administrasiyasının danışıqları irəlilətməkdə israr edəcəyini düşünürəm. Amma ABŞ adminstrasiyası öz layihəsinin uğurlu olmasını istəyirsə, artıq İsraili və bölgə ölkələrini də görməzdən gəlmək kimi bir şansı yoxdur.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: İsrail İran ABŞ

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

ABŞ-da atışma nəticəsində 3 polis əməkdaşı ölüb, 5-i yaralanıb

Bakıda I və II Şəhidlər xiyabanında tanınmadan dəfn edilən 13 nəfərin şəxsiyyəti müəyyənləşib - Siyahı    

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Maskın sərvəti “Baidu” ilə əməkdaşlıq fonunda 37 milyard dollar artıb

Ukraynada vəziyyət gərginləşib: Odessa və Xarkovda kütləvi hücumlar - Video

Ən çox oxunanalar