Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İndoneziyada seçkilər: yorğunluqdan ölən komissiya üzvləri və ...

İndoneziya Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Ariv Budiman məlumat verib

İndoneziyada aprelin 17-də keçirilən seçkilərdə yorğunluqdan ölən komissiya üzvlərinin və polislərin sayı 276-ya çatıb.

Azərtac xəbər verir ki, bu barədə İndoneziya Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Ariv Budiman məlumat verib.

Onun sözlərinə görə, ölənlərin 225-i yaşı 40-dan yuxarı olan seçki məntəqəsinin üzvləridir. Bundan əlavə, seçkilərin gedişini müşahidə edən daha 33 nəfər də vəfat edib. Bunun əsasən yorğunluqdan baş verdiyini deyən MSK sədri əlavə edib ki, aprelin 17-də keçirilən seçkilər ölkə tarixində ən böyük seçki kimi yadda qalıb.

A.Budiman bildirib ki, əksəriyyəti yol-nəqliyyat hadisələrində ölən 18 polisi də bu siyahıya əlavə etmək olar.

Məsələ burasındadır ki, İndoneziyanın coğrafi şəraiti seçki komissiyalarının üzvlərini və polisləri seçki bülletenlərini və qutularını müxtəlif cür – atla, qayıqla cəngəlliklərdən, çaylardan və dağlardan keçərək seçicilərə çatdırmağa məcbur edir.

Bir çox siyasətçilər və seçki komissiyalarının üzvləri gələcəkdə belə ölüm hallarının qarşısını almaq üçün hökuməti prezident seçkilərini parlament seçkilərdən ayıran qanun qəbul etməyə çağırıblar.

İndoneziyada aprelin 17-də keçirilən seçkilərdə 150 milyon seçici 813 min məntəqədə səs verib. Seçki məntəqələrinin ümumilikdə 17 min adada yerləşdiyi bildirilir.

Seçkilərin rəsmi nəticələrinin mayın 22-də elan ediləcəyi gözlənilir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

“Threads” sosial şəbəkəsi Türkiyədə bağlanıb

Almaniya Ukraynaya daha 10 "Marder" PDM və "Leopard 2" tank mərmiləri verib

Avstriyada parlament seçkisi öncəsi müxalifətə qarşı təhqiqata başlayıb

Ən çox oxunanalar