Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Günün brifinqi 2 – Sınma nöqtəsi...

Əxlaq polisinin ləğv edilməsi təkcə İran qadının Xameneyinin üzünə atdığı cırmaq deyil, eyni zamanda İnqilab Keçikçilərinin də öz vəzifə öhdəliklərini yerinə yetirə bilməməsidir…

Bu gün İranın Baş prokuroru Məhəmməd Cəfər Möntəziri öz ölkəsində “əxlaq polis”inin ləğv edilməsi və “hicab daşınmasının məcburiliyi haqda” qanuna yenidən baxılması ilə bağlı məlumat verib. Bu məlumatın Baş Prokuror səviyyəsində elan edilməsi hər şeydən əvvəl etirazların ilk etapının qalibiyyətlə başa çatması anlamına gəlir. Çünki 40 ildən artıq mövcudluğu dönəmində İranın teokratik rejimi ilk dəfədir ki, geriyə addım atır və geri addım üç aya yaxındır davam edən xalq etirazları fonunda baş verir. Bu etirazlar isə birbaşa molla rejiminin əsas təməlinə, yəni Ali Dini liderə və SEPAH-a qarşı yönəlib.

Molla rejiminin ideoloji təmllərindən biri isə məhz hicab idi və indi də bu təməl yerli dibli yoxa çıxa bilər və 40 ildən sonra İran qadını küçədə istədiyi kimi geyinib gəzə bilər. Etiraf etməliyik ki, bu islam inqilabının bütün ideyalarının yox olması, ən yaxşı halda zibil qutusuna atılması anlamına gəlir. Yəni İranda “hicabın daşınmasının məcburiliyi haqda” qanuna yenidən baxılacaqsa, o halda İranda İslam İnqilabından da danışmağa yer qalmayacaq. İranda İslam İnqilabı tədricən yox olacaq.

Doğrudur hicabın daşınmasına görə, təkcə əxlaq polisi nəzarət etmir. Hicabın daşınması ölkənin əsas qanunverici normalarından birinin pozulması olduğu üçün həm adi polis, həm də Bəsic könülləri hicab qaydalarına əməl etməsinə nəzarət edurlər. Ancaq xalq hərəkatının dayanmaması və “əxlaq polisi”nin artıq ləğv edilməsi, eyni zamanda “hicabın daşınmasının məcburiliyi haqda” qanuna yenidən baxılması ilə bağlı Baş prokuror səviyyəsində verilən vəd onu deməyə əsas verir ki, İran yeni dönəmə qədəm qoyub. Bu üç aya yaxındır ki, molla rejiminə qarşı mübarizə aparan İran qadınının inanılmaz qələbəsidir.

Əslində bu gün “əxlaq polisi”nin ləğv edilməsi ilə bağlı qərar Baş Prokurorun dilindən səslənməsi onu göstərir ki, artıq SEPAH İran İslam İnqilabını qoruya bilmir. Çünki ötən 43 ildə inqilab öz mahiyyətini itirdiyi üçün, bu inqilabı qoruyacaq gücə də ehtiyac qalmayıb.

Deyə bilərik ki, Möntəzirinin bu gün elan etdiyi şey, yəni əxlaq polisinin ləğvi, İran qadınlarının Ali Dini rəhbər Əli Xameneyinin üzünə atılmış cırmaqdır. Bu eyni zamanda İnqilab keçikşilərinin də artıq öz vəzifərinin öhdəsindən gələ bilməməsidir, ya da inqilab toz-duman olduğu üçün “keşikçi”yə də ehtiyacın qalmadığının göstəicisidir.

Hər bir hakimiyyət mahiyyətindən və növündən asılı olmayaraq, öz legitimliyini xalqdan aldığı üçün, indi İranda artıq molla hakimiyyətinin legitimliyi adına da bir şey qalmayıb və 40 il davam edən ətalət artıq sınma nöqtəsinə çatıb...

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

ABŞ-da atışma nəticəsində 3 polis əməkdaşı ölüb, 5-i yaralanıb

Bakıda I və II Şəhidlər xiyabanında tanınmadan dəfn edilən 13 nəfərin şəxsiyyəti müəyyənləşib - Siyahı    

Maskın sərvəti “Baidu” ilə əməkdaşlıq fonunda 37 milyard dollar artıb

Əli Mirəliyev: “Kişi botoks etdirməz, saçına rəng qoymaz” - Video    

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Ən çox oxunanalar