Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bayden və Şolts Makronun Rusiyaya yeni yanaşmasını rədd edib...

Fransa prezidenti Emmanuel Makron ABŞ prezidenti Co Bayden və Almaniya kansleri Olaf Şoltsla danışıqları zamanı müttəfiqlərin çox təhlükəli hesab etdiyi Rusiyaya yeni yanaşma təklif edib...

Poliqon xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən The Wall Street Journal məlumat yayıb.

Nəşrin mənbələrinə görə, fevralda baş tutan danışıqlar zamanı Fransa lideri tərəfindən yeni Qərb strategiyası təklif edilib. Makron ümid edib ki, onlar Paris sammitinin əsasını qoyacaqlar və Ukrayna böhranına yanaşmanı dəyişəcəklər.

Məqalədə qeyd olunur ki, Makron hər bir liderə, Rusiyaya qarşı bütün hərbi variantları gündəmdə saxlayacaq strateji qeyri-müəyyənlik mövqeyi tutmağı təklif edib.

Lakin nəşr yazır ki, Vaşinqton Rusiya ilə eskalasiyadan qaçmağa sadiqdir və buna görə də Bayden strategiyanın dəyişdirilməsinin zəruriliyini şübhə altına alıb. Olaf Şolts da, həmçinin Makronun təkilifini qəbul etməyib.

Xatırladaq ki, Parisdə Ukrayna böhranına həsr olunmuş sammit zamanı prezident Emmanuel Makron NATO qoşunlarının Ukraynaya göndərilməsi təşəbbüsü ilə çıxış etmişdi. Öz növbəsində Almaniya kansleri Olaf Şolts qeyd edib ki, onun ölkəsi Ukraynaya kömək üçün öz hərbçilərini göndərməyəcək. Digər NATO ölkələrinin, o cümlədən ABŞ-ın nümayəndələri də oxşar bəyanatlarla çıxış ediblər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Bakıda I və II Şəhidlər xiyabanında tanınmadan dəfn edilən 13 nəfərin şəxsiyyəti müəyyənləşib - Siyahı    

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Ukraynada vəziyyət gərginləşib: Odessa və Xarkovda kütləvi hücumlar - Video

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Ən çox oxunanalar