Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərenerji“ işçilərinin maaşını verə bilmir


"Azərenerji" ASC-də işçilərin əmək haqlarının ödənilməsindəki problemlər dərinləşir


Bakıda şirkətin işçilərindən biri "Turan"a bildirib ki, hələ avqust ayının maaşını almayıblar.

 ASC-nin digər regional şöbələrinin işçiləri agentliyə bildiriblər ki, adətən əmək haqları ayın ilk günlərində kredit kartlarına ödənilirdi. Amma devalvasiyadan sonra may ayından maaşı ayın üçüncü ongünlüyündən ödəməyə başlayıblar. İndi isə maaş almayıblar.

Şirkətdə bu fakt üzrə şərh almaq mümkün olmayıb.

Milyardlarla investisiyalara baxmayaraq "Azərenerji" özünü səmərəsiz şirkət kimi göstərib. Onun aldığı yanacağa görə SOCAR-a borcu son 3 ildə yarım milyard manata çatıb. ASC-yə dəstək üçün Nazirlər Kabineti 31 dekabr, 2020-ci ilə kimi "Azərenerji"nin regional paylayıcı şəbəkələrinin vergi borcunun ödənilməsinin təxirə salınması barədə qərar qəbul edib. Bu şəbəkələr yayda "Azərişıq" ASC-nin balansına verilib.

Fitch Ratings reytinq agentliyi iyunda qeyd edib ki, manatın 34% devalvasiyası "Azərenerji"nin kredit qabiliyyətini azaldır. Səbəb borcla gəlir arasında valyuta uyğunluğunun olmamasıdır. 2014-cü ilin sonunda şirkətin borcunun 80%-i xarici valyuta ilə idi. Amma gəlirlərin hamısı milli valyuta ilədir.

Şirkətin aktivləri problemlidir. Bunun aradan qaldırılması üçün 2015-2017-ci illərdə 2 milyard manat tələb olunur. Yaxın 3 ildə şirkətin pul gəlirləri iki dəfə azalaraq 2011-2014-cü illərdə 230 milyon manatdan 2015-2018-ci illərdə 125 milyon manata düşəcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

ABŞ-da atışma nəticəsində 3 polis əməkdaşı ölüb, 5-i yaralanıb

Maskın sərvəti “Baidu” ilə əməkdaşlıq fonunda 37 milyard dollar artıb

Bakıda I və II Şəhidlər xiyabanında tanınmadan dəfn edilən 13 nəfərin şəxsiyyəti müəyyənləşib - Siyahı    

Əli Mirəliyev: “Kişi botoks etdirməz, saçına rəng qoymaz” - Video    

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Ən çox oxunanalar