Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycanlı yanğınsöndürənlər birbaşa alovun içinə şığıyır...”

Türkiyənin Muğla vilayətinin Marmaris rayonuna bağlı Hisarönü məhəlləsini bürüyən meşə yanğınları zamanı evi yanmaqdan son anda qurtarılan Mesut Akgül adlı sakin azərbaycanlı yanğınsöndürənlərin çox cəsarətli olduqlarını, birbaşa alovun içərisinə şığıdıqlarını deyir.

Virtualaz.org xəbər verir ki, bu haqda “Hürriyet” qəzetinin reportajında bildirilir.

Mesut Akgül deyir ki, günlərdir yanğının ətraf meşədən məhəlləyə yayılmaması üçün atası ilə birlikdə mübarizə aparırdı, yanğınsöndürənlərə kömək edirdi. Lakin alovlar dünən axşam məhəlləni bürüyüb, Akgülün evinə 5 metrə qədər yaxınlaşıb.

“Hər halda cəhənnəmdən öncəki mərhələni yaşadıq. Alovlar 5 metrə qədər yaxınlaşmışdı. Yanğınsöndürənlər daxil olmaqla hər kəs təxliyyə qərarı verdi, amma biz sona qədər mübarizə apardıq. Evdən uzaqlaşandan sonra helikopter dalbadal 2 dəfə yanğın ocağına su buraxdı, sonra 50 metr məsafədə gözləyən İstanbul yanğınsöndürənləri müdaxilə etdi. Nəticədə 70 evi yanmaqdan qurtardılar”,-sakin bildirib.

O, evinin yanmaqdan qurtarıldığını görəndə yerə yıxılaraq sevincindən hönkür-hönkür ağlayıb. Akgül Azərbaycandan gedən yanğınsöndürənlərin alovlarla mübarizəsinin onu çox təsirləndirdiyini də deyir. Və onların çox cəsarətli, qorxmaz olduqlarını bildirir.

“Şlanqı götürən kimi 3-5 metr alovun içinə girirlər və canla-başla mübarizə aparırlar. Azərbaycanlı yanğınsöndürənlərin xüsusilə bayraq sevgilərinə də heyran qaldım. Evlərin həyətlərindəki bütün Türkiyə bayraqlarını toplayaraq getdilər. Bir bayrağın belə yanmasına imkan vermədilər”,-Marmaris sakini deyib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

ABŞ-da atışma nəticəsində 3 polis əməkdaşı ölüb, 5-i yaralanıb

Maskın sərvəti “Baidu” ilə əməkdaşlıq fonunda 37 milyard dollar artıb

Bakıda I və II Şəhidlər xiyabanında tanınmadan dəfn edilən 13 nəfərin şəxsiyyəti müəyyənləşib - Siyahı    

Əli Mirəliyev: “Kişi botoks etdirməz, saçına rəng qoymaz” - Video    

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Ən çox oxunanalar