Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın parlament futbol komandası beynəlxalq turnirin qalibi oldu

Martın 11-də Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin 100 illik yubileyinə həsr olunan parlament komandalararası beynəlxalq futbol turnirinə yekun vurulub


MM-dən verilən məlumata görə, Azərbaycanın parlament futbol komandası beynəlxalq turnirin qalibi olub.

Xatırladaq ki, turnirdə Azərbaycan Milli Məclisinin, Türkiyə Böyük Millət Məclisinin, Ukrayna Ali Radasının, Polşa və Latviya seymlərinin komandaları yarışırdılar. Finala Azərbaycan və Ukrayna komandaları vəsiqə qazanmışdılar.

"İnter Arena"da keçirilən final oyunun gedişini Milli Məclisin sədri Oqtay Əsədov, parlamentin digər vəzifəli şəxsləri və nümayəndə heyətlərinin üzvləri izləyiblər.

Əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib. Oyunda topa ilk toxunuşu Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və Türkiyənin gənclər və idman naziri Osman Aşkın Bak ediblər.

Komandaların cəhdlərinə baxmayaraq oyunun birinci hissəsində hesab açılmayıb. İkinci hissəyə daha fəal başlayan Azərbaycan komandası görüşdən 2:1 hesablı qələbə ilə ayrılıb.

Matç başa çatdıqdan sonra mükafatlandırma mərasimi təşkil olunub. Beynəlxalq turnirin iştirakçı komandalarının üzvlərinə medallar və kubok təqdim olunub. Mükafatları Milli Məclis sədrinin birinci müavini Ziyafət ƏsgərovAzərbaycanın gənclər və idman naziri Azad Rəhimov təqdim ediblər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

ABŞ-da atışma nəticəsində 3 polis əməkdaşı ölüb, 5-i yaralanıb

Bakıda I və II Şəhidlər xiyabanında tanınmadan dəfn edilən 13 nəfərin şəxsiyyəti müəyyənləşib - Siyahı    

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Maskın sərvəti “Baidu” ilə əməkdaşlıq fonunda 37 milyard dollar artıb

Ukraynada vəziyyət gərginləşib: Odessa və Xarkovda kütləvi hücumlar - Video

Ən çox oxunanalar