Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda yay-qış vaxtına keçidin ləğvi təklif edildi

Məlum olduğu kimi, Azərbaycan Respublikasında hər ilin mart və oktyabr aylarında yay və qış vaxtlarına keçid praktikası həyata keçirilir


Dünyanın coğrafi ərazisi böyük olan ölkələri üçün effektiv olan bu praktikanın respublikamızda tətbiqi məsələsinə yenidən baxılması Azərbaycan Milli Elmlər Akademiyasında zəruri hesab edilib. AMEA Rəyasət Heyətinin 11 mart 2016-cı il tarixli iclasında astrofizika, energetika, zoologiya, geofizika, coğrafiya, iqtisadiyyat, İKT və digər sahələr üzrə müvafiq  mütəxəssislərin iştirakı ilə bu məsələ geniş müzakirə olunub, dünya ölkələrinin mövcud praktikası ilə bağlı müqayisəli təhlillər aparılıb.

Geniş müzakirələr nəticəsində mütəxəssislər elmi əsaslandırılmış dəlillərlə belə bir yekdil qərara gəliblər ki, Azərbaycan Respublikasında yay-qış vaxtına keçid nəticəsində əldə olunan iqtisadi səmərə, enerji sərfiyyatına qənaət əhəmiyyətli dərəcədə deyil. Qeyd olunub ki, ölkəmizdə yay və qış vaxtlarına keçid bir sıra tibbi-psixoloji və sosial-mənəvi problemlərin yaranmasına və İKT sistemlərinin qəbul olunmuş beynəlxalq vaxt qrafiki ilə sinxronlaşdırılması sahəsində  bəzi çətinliklərin meydana gəlməsinə səbəb olur. 

Qeyd olunanları nəzərə alaraq, AMEA-nın Rəyasət Heyəti GMT+4 (Qrinviç vaxtı+4 saat) vaxtını əsas götürməklə Azərbaycan Respublikasında yay və qış vaxtlarına keçid praktikasının ləğv edilməsini təklif edir.(modern.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

ABŞ-da atışma nəticəsində 3 polis əməkdaşı ölüb, 5-i yaralanıb

Bakıda I və II Şəhidlər xiyabanında tanınmadan dəfn edilən 13 nəfərin şəxsiyyəti müəyyənləşib - Siyahı    

Maskın sərvəti “Baidu” ilə əməkdaşlıq fonunda 37 milyard dollar artıb

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Əli Mirəliyev: “Kişi botoks etdirməz, saçına rəng qoymaz” - Video    

Ən çox oxunanalar