Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda dollara olan təlabat artıb... - Manat üçün təhlükə var?

Mərkəzi Bankın keçirdiyi son hərracda rekord məbləğdə dollar satılıb...

İqtisadçı-alim: “Mərkəzi Bank mütəmadi banklararası bazarda valyuta hərracı keçirir. Bu cür hərraclar keçirilməsə, nağd dolların satış məzənnəsi yüksələ bilər”.

ABŞ Federal Ehtiyat Sisteminin 2024-cü ilin ikinci yarısından faizləri endirməyə başlayacağına dair gözləntilər mövcuddur. Bu da ölkələrin yerli valyutalarının dollar qarşısında az da olsa, güclənməsinə səbəb olacaq”.

Bu sözləri iqtisadçı-alim Vüsalə Əhmədova ölkədə dollara olan tələbatın artma səbəblərini Poliqon-a şərh edərkən qeyd edib.

Srağagün Mərkəzi Bankın keçirdiyi hərracda rekord məbləğdə dollar satılıb. Ümumilikdə bankların dünənki sifarişi 151.1 milyon dollar olub. Bəzi ekspertlər dollara olan təlabatın artmasını Azərbaycan manatına təzyiqi gücləndirəcəyini bildirlər. Onlar hesab edirlər ki, bu dönəmdə requlator tərəfindən kommunikasiyanın gücləndirilməsi çox vaicbdir.

Bəs, ölkədə dollara olan təlabatın kəskin artmasının əsas səbəbi nədir və Mərkəzi Bankın prosesə müdaxilə etməməsi manat üçün hansısa təhlükəli vəziyyətin ortaya çıxmasına səbəb ola bilərmi?

Mövzunu Poliqon-un əməkdaşı iqtisadçı-alim Vüsalə Əhmədova ilə müzakirə edib.

Vüsalə Əhmədova: “Hazırda manatın ucuzlaşacağı ilə bağlı gözləntilərin əsassız olduğunu düşünürəm”.

Qonşu ölkələrin yerli valyutalarının ucuzlaşmasının həmin ölkələrdən idxalı əhəmiyyətli dərəcədə artırdığını nəzərə çatdıran iqtisadçı-alim Poliqon-a açıqlamasında qeyd edib ki, bu faktorlar dollara olan tələbin artmasına səbəb olur:

“Mərkəzi Bank mütəmadi banklararası bazarda valyuta hərracı keçirir. Bu cür hərraclar keçirilməsə, nağd dolların satış məzənnəsi yüksələ bilər. Qonşu ölkələrin valyutalarının dəyərdən düşməsi və manatın ucuzlaşacağı ilə bağlı bəzi gözləntilər dollara olan tələbi artırıb.

O cümlədən, bilirsiz ki, gündəlik tələbat mallarından tutmuş əksər məhsullar xaricdən idxal olunur. Həmçinin, qonşu ölkələrin yerli valyutalarının ucuzlaşması həmin ölkələrdən idxalı əhəmiyyətli dərəcədə artırıb. Bu faktorlar dollara olan tələbin artmasına səbəb olur.

Hazırda manatın ucuzlaşacağı ilə bağlı gözləntilərin əsassız olduğunu düşünürəm. Çünki, neftin qiyməti ilə bağlı proqnozlar kifayət qədər yüksəkdir. Həmçinin, ABŞ Federal Ehtiyat Sisteminin 2024-cü ilin ikinci yarısından faizləri endirməyə başlayacağına dair gözləntilər mövcuddur. Bu da ölkələrin yerli valyutalarının dollar qarşısında az da olsa, güclənməsinə səbəb olacaq”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

ABŞ-da atışma nəticəsində 3 polis əməkdaşı ölüb, 5-i yaralanıb

Bakıda I və II Şəhidlər xiyabanında tanınmadan dəfn edilən 13 nəfərin şəxsiyyəti müəyyənləşib - Siyahı    

Maskın sərvəti “Baidu” ilə əməkdaşlıq fonunda 37 milyard dollar artıb

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Əli Mirəliyev: “Kişi botoks etdirməz, saçına rəng qoymaz” - Video    

Ən çox oxunanalar