Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Tokio-2020 Yay Olimpiya Oyunlarına daha bir lisenziya qazanıb

Azərbaycan Tokio-2020 Yay Olimpiya Oyunlarının kişilər arasında şose velosipedi növündə təmsil olunacaq...

Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bununla bağlı Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) tərəfindən Milli Olimpiya Komitəsinə və AVİF-ə təsdiq məktubu göndərilib.

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) reqlamentinə əsasən, kişilərin şose velosipedində olimpiadaya lisenziya xalları verən yarışlar 2019-cu ilin oktyabrında başa çatıb və Olimpiya reytinqinin ilk 50 pilləsində qərarlaşan milli federasiyaların 130 idmançısı 4 illiyin zirvə yarışında iştirak hüququna yiyələnib.

Bu müddət ərzində yığmanın baş məşqçisi Əbülfəz Məmmədovun rəhbərliyi altında heyəti Elçin Əsədov, Samir Cəbrayılov, Musa Mikayılzadə, Mikayıl Səfərli və Mahmud Məmmədovdan ibarət komanda lisenziya xalları verən beynəlxalq nüfuzlu yarışlarda 894 xal toplayıb.

Ümumilikdə UCI-yə üzv olan 196 milli federasiyadan 115-i Tokio-2020 Yay Olimpiya oyunlarına lisenziya xalları qazanıb ki, Azərbaycan milli komandası da onların arasında 44-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, şose velosipedində lisenziyalar milli federasiyalara verilir və olimpiadada mübarizə aparacaq idmançını federasiya müəyyənləşdirir.

pia.az


Etiket: Tokio-2020

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

ABŞ-da atışma nəticəsində 3 polis əməkdaşı ölüb, 5-i yaralanıb

Bakıda I və II Şəhidlər xiyabanında tanınmadan dəfn edilən 13 nəfərin şəxsiyyəti müəyyənləşib - Siyahı    

Maskın sərvəti “Baidu” ilə əməkdaşlıq fonunda 37 milyard dollar artıb

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Əli Mirəliyev: “Kişi botoks etdirməz, saçına rəng qoymaz” - Video    

Ən çox oxunanalar