Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa Komissiyası: Türkiyə 2024-cü ildə Aİ-yə üzv olmayacaq...

Türkiyə 2024-cü ildə Avropa Birliyinə üzv olmayacaq və bu proses belə qısa müddətdə öz həllini tapa bilməz...

Poliqon xəbər verir ki, bunu Avropa Komissiyasının sözçüsü Peter Stano Rusiyanın “İzvestiya” qəzetinin sorğusuna cavab olaraq bildirib. Stano qeyd edib ki, Türkiyə 2024-cü ildə Avropa Birliyinə üzv olmayacaq, çünki Aİ-yə daxil olmaq prosesi “saatlarla deyil, illərlə davam edir”.

Xatırladaq ki, Türkiyə 1987-ci ildə Aİ-yə üzvlük üçün müraciət edib və 1999-cu ildə namizəd statusu alıb. Üzvlük danışıqları yalnız 2005-ci ildə başlayıb. Məsələnin müzakirəsi, digər məsələlərlə yanaşı, Avropa Birliyinin mövqeyinə görə, söz azadlığını pozan bir sıra Türkiyə qanunları Ankaranın Aİ-yə daxil olması üçün əsas maneələrdən birirdir.

Stano həmçinin bildirib ki, Avropa İttifaqı Türkiyəyə vizasız rejim təqdim etməyə hələ hazır deyil.

“Viza rejiminin liberallaşdırılması ilə bağlı qərar üzv dövlətlər tərəfindən ölkə insan haqları və siyasi azadlıqlar daxil olmaqla bütün zəruri meyarları yerinə yetirdikdən sonra qəbul edilir”, deyə AK sözçüsü bildirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

ABŞ-da atışma nəticəsində 3 polis əməkdaşı ölüb, 5-i yaralanıb

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Bakıda I və II Şəhidlər xiyabanında tanınmadan dəfn edilən 13 nəfərin şəxsiyyəti müəyyənləşib - Siyahı    

Maskın sərvəti “Baidu” ilə əməkdaşlıq fonunda 37 milyard dollar artıb

Ukraynada vəziyyət gərginləşib: Odessa və Xarkovda kütləvi hücumlar - Video

Ən çox oxunanalar