Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AQTA: “Allbuy” MMC saxta kərə yağı istehsal edib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan araşdırmalar zamanı Bakı şəhərində istehsal olunan kərə yağlarının saxta olduğu aşkar olunub.

AQTA-dan PİA.az-a verilən məlumata görə, “QZM Group” MMC-nin sifarişi ilə fiziki şəxs Mustafa Ramiq Nəbi oğlu tərəfindən istehsal olunan (03.02.2021-ci il istehsal tarixli məhsul partiyası) və “Allbuy” MMC tərəfindən istehsal olunan “Karvanka” (05.04.2021-ci il istehsal tarixli məhsul partiyası) və “Violetta” (01.12.2020-ci il istehsal tarixli məhsul partiyası) əmtəə nişanlı kərə yağının qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğun olmadığı müəyyənləşib.

Qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğun müəyyən edilməsi məqsədi ilə məhsullardan götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) müvafiq laboratoriyalarında müayinələrə cəlb edilib.

İstehsalçı tərəfindən məhsulun 82,5% duzsuz kərə yağı olduğu bəyan edilsə də, müayinələr nəticəsində məhsulun bitki mənşəli yağ olduğu aşkar olunub.

Faktla bağlı sözügedən məhsul partiyalarının ticarət dövriyyəsindən geri çağırılması barədə qərar qəbul edilib və qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində tədbirlərini ardıcıl davam etdirir. İstehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı alınacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

ABŞ-da atışma nəticəsində 3 polis əməkdaşı ölüb, 5-i yaralanıb

Bakıda I və II Şəhidlər xiyabanında tanınmadan dəfn edilən 13 nəfərin şəxsiyyəti müəyyənləşib - Siyahı    

Maskın sərvəti “Baidu” ilə əməkdaşlıq fonunda 37 milyard dollar artıb

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Əli Mirəliyev: “Kişi botoks etdirməz, saçına rəng qoymaz” - Video    

Ən çox oxunanalar