Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Amerikanı əbədi sevən azərbaycanlı - Elariz Məmmədoğlu - Video,Foto

Amerikaya köçən Elarizin həyat tərzi...

“Green Card” (Yaşıl kart) qazandıqdan sonra ABŞ-a daimi yaşayış üçün köçən populyar azərbaycanlı müğənni Elariz Məmmədoğlu Amerikada yaradıcılıq fəaliyyətini davam etdirir.

Oxu.Az xəbər verir ki, sənətçi vaxtaşırı şəxsi “İnstaqram” hesabında xaricdəki yeni həyatı haqqında foto və videolar paylaşaraq, yaşam tərzini bir növ reklam edir. E.Məmmədoğlu musiqisi və sözləri Elçin İmanova məxsus “Doğma Amerika” adlı mahnını özünəməxsus şəkildə lentə alıb. Müğənni Amerikanın gəzməli-görməli yerlərini çəkərək oxuduğu mahnını videoya əlavə edib.

“Amerika, əzizim, mən səni sevirəm, ancaq axşamları yalnız Bakı üçün darıxacağam” deyən Elariz Məmmədoğlu paylaşımına buna bənzər sözlər əlavə edib: “Amerika, əzizim, mən səni əbədi sevirəm, amma ulduzlu gecələrdə Bakı üçün darıxıram”.

Qeyd edək ki, 2017-ci ilin yazında Elariz Məmmədoğlunun xanımı “Green Card” lotereyasında qalib gəlib və onlar ABŞ-da daimi yaşamaq hüququ verən sənəd alıblar. 2019-cu ilin əvvəlində ABŞ-a köçən sənətçi dördüncü dəfə baba olub və Nyu-York restoranlarının birində özünə iş tapıb. O, Amerikada baş tutan bir çox azərbaycanlıların toylarını idarə edir.

pia.az

 

Fotolar





Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

ABŞ-da atışma nəticəsində 3 polis əməkdaşı ölüb, 5-i yaralanıb

Bakıda I və II Şəhidlər xiyabanında tanınmadan dəfn edilən 13 nəfərin şəxsiyyəti müəyyənləşib - Siyahı    

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Maskın sərvəti “Baidu” ilə əməkdaşlıq fonunda 37 milyard dollar artıb

Ukraynada vəziyyət gərginləşib: Odessa və Xarkovda kütləvi hücumlar - Video

Ən çox oxunanalar