Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vens: Maskın partiya yaratmaq planı böyük səhvdir...

ABŞ vitse-prezidenti Cey Di Vens milyarderin neytral siyasi mövqeyə qayıtmasının mümkünsüz olduğunu deyib...

Poliqon xəbər verir ki, ABŞ vitse-prezidenti Cey Di Vens iş adamı İlon Maskın siyasi partiya qurmaq cəhdlərini “böyük səhv” adlandırıb. Fox News-a müsahibəsində Vens bildirib ki, Mask artıq Donald Trampın administrasiyasında fəaliyyət göstərdiyi üçün Respublikaçılarla Demokratlar arasında neytral mövqe tutmaq imkanını itirib.

Vensin sözlərinə görə, milyarder ictimaiyyət tərəfindən artıq sağçı düşərgənin tərəfdarı kimi qəbul olunur və buna görə də onun yenidən “mərkəzçi siyasi xəttə” qayıtmaq planı qeyri-real görünür. ABŞ vitse-prezidenti əlavə edib ki, Maskın daha səmərəli addımı ideyalarını Respublikaçı Partiya daxilində təşviq etmək, beləliklə siyasi proseslərə daha böyük təsir imkanları əldə etmək olardı.

Xatırladaq ki, 5 iyulda İlon Mask ABŞ-da “Amerika” adlı yeni partiyanın yaradıldığını elan etmişdi. Lakin The Wall Street Journal yazır ki, iş adamı təşəbbüsü dayandırıb. Nəşrin məlumatına görə, Mask bu addımı Respublikaçı Partiyanın seçici səslərini parçalamamaq üçün atıb.

Ekspertlər hesab edirlər ki, Maskın siyasətə aktiv qoşulması ABŞ-da mövcud siyasi balansı dəyişə bilərdi. Lakin milyarderin yeni partiya qurmaq əvəzinə mövcud siyasi qüvvələrin içində möhkəmlənməsi onun üçün daha təsirli və praktiki addım hesab olunur.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib?

SEPAH Küveyt aeroportunun Patriot sisteminin səhvi nəticəsində vurulduğunu iddia edib

ABŞ Ukrayna üçün 400 milyon dollarlıq hərbi yardım hazırlayır

Almaniya BMT Təhlükəsizlik Şurasına üzv seçilməyib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay