Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

FT: Çinin neft idxalını azaltması qlobal bazarda qiymət artımının qarşısını alıb...

Analitiklər Pekinin tələbatının kəskin azalmasının enerji bazarındakı təzyiqi zəiflətdiyini bildiriblər...

Poliqon xəbər verir ki, Financial Times nəşrinin məlumatına görə, Çinin neft idxalına olan tələbatının əhəmiyyətli dərəcədə azalması dünya bazarında qiymətlərin daha kəskin yüksəlməsinin qarşısını alan əsas amillərdən birinə çevrilib. Treyderlər və analitiklər hesab edirlər ki, məhz bu amil qlobal iqtisadiyyatın daha dərin enerji böhranı ilə üzləşməsinə mane olub.

Nəşr qeyd edir ki, Fars körfəzi regionunda təxminən 100 gündür davam edən münaqişə nəticəsində dünya bazarı neft tədarükünün beşdəbir hissəsini itirsə də, neftin qiyməti hələ də bir barel üçün 100 dollar həddini aşmayıb. Halbuki ekspertlər ehtiyatların tükənməsi fonunda bazarın yaxın vaxtlarda kritik nöqtəyə çata biləcəyini istisna etmirlər.

Dünyanın ən böyük neft treyderlərindən biri olan Vitol şirkətinin nümayəndəsi Tom Beyker bildirib ki, son həftələrdə Çinin xam neft alışlarını kəskin şəkildə azaltması bazardakı vəziyyətə ciddi təsir göstərib. Onun sözlərinə görə, ölkənin gündəlik neft tələbatı 4–5 milyon barel azalıb ki, bu da Fars körfəzi ölkələrindən gələn gündəlik 12 milyon barel həcmində tədarük itkisinin təsirlərini qismən kompensasiya edib.

Londonda fəaliyyət göstərən Morgan Stanley bankının xammal bazarları üzrə baş strateqi Martin Rats da oxşar mövqe sərgiləyib. O bildirib ki, Çinin aşağı səviyyədə qalan neft idxalı qlobal bazarın digər iştirakçılarını qiymət şokundan qoruyub.

“Çinə neft idxalının aşağı səviyyədə qalması neft bazarının qalan hissəsini qoruyub”, deyə Martin Rats qeyd edib.

Ekspertlərin fikrincə, Çin iqtisadiyyatında artım tempinin zəifləməsi və daxili tələbatın gözləniləndən aşağı olması enerji daşıyıcılarına ehtiyacı azaldıb. Bu isə qlobal bazarda təklif çatışmazlığının yaratdığı təzyiqi müəyyən qədər yumşaldaraq qiymətlərin nəzarətdən çıxmasının qarşısını alıb.

Poliqon.info


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

ABŞ Ukrayna üçün 400 milyon dollarlıq hərbi yardım hazırlayır

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

SEPAH Küveyt aeroportunun Patriot sisteminin səhvi nəticəsində vurulduğunu iddia edib

Almaniya BMT Təhlükəsizlik Şurasına üzv seçilməyib

Rütte: NATO Ukraynanın Sankt-Peterburqa hücumunda problem görmür...

Şoyqu: İrəvanın Aİ-yə inteqrasiyası Rusiya ilə qırılmaya aparır...

Sallivan: Tramp sonda İranla özünün ləğv etdiyi sazişə dönəcək...

İran və ABŞ razılaşma mətnlərini nəzərdən keçiriir, yekun format üzərində işləyir

Netanyahu Trampın onu “dəli” adlandırmasını təsdiqləyib

Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi razılaşdırılıb

Ən çox oxunanalar