Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vatikanın Milad mərasimi “dünyanın sonu” ilə bağlı sui-qəsd nəzəriyyələrini alovlandırıb

Sosial şəbəkələrdə Müqəddəs Pyotr bazilikasının Müqəddəs Qapılarının bağlanması gizli işarə kimi təqdim olunur...

Poliqon xəbər verir ki, Milad ərəfəsində sosial şəbəkələrdə və konspirasiya yönümlü forumlarda Vatikanla bağlı narahatedici müzakirələr yenidən güclənib. Daily Mail nəşri yazır ki, sui-qəsd nəzəriyyələrinin tərəfdarları Müqəddəs Pyotr bazilikasının Müqəddəs Qapılarının bağlanmasını Vatikanın guya nələrisə gizlətməsi kimi şərh edir və bunu “dövrün sonu” ilə əlaqələndirirlər.

Paylaşımlarda “gizli işarələr”, “epoxanın başa çatması” və hətta “qlobal sarsıntıların xəbərçisi” kimi iddialar səsləndirilir. Konspirasiya nəzəriyyəçilərinin fikrincə, adi dini ayin kimi təqdim olunan mərasim əslində dünyanı gözləyən böyük hadisələr barədə xəbərdarlıqdır.

Müzakirələrə səbəb olan əsas məqam katolisizmdə xüsusi əhəmiyyətə malik ənənəvi mərasimdir. Söhbət yalnız yubiley illərində açılan Müqəddəs Qapılardan gedir. Bu qapıların açılması və sonradan bağlanması tövbə, ümid və imanın yenilənməsi ilə bağlı xüsusi mənəvi dövrün başlanmasını və başa çatmasını simvolizə edir.

Vatikan isə yayılan iddiaları qəti şəkildə təkzib edir və bildirir ki, mərasimdə heç bir sirr yoxdur. Müqəddəs Qapılar Papa Fransisk tərəfindən 2024-cü ilin dekabrının sonunda start götürən Ümid Yubiley İli çərçivəsində Milad gecəsi açılıb. Bu dövr 2026-cı ilin yanvarınadək davam edəcək və bundan sonra qapılar kilsə tarixində dəfələrlə olduğu kimi təntənəli şəkildə yenidən hörüləcək.

Buna baxmayaraq, konspirasiya nəzəriyyələrinin tərəfdarları üçün qapıların simvolik “möhürlənməsi” müxtəlif fərziyyələr irəli sürmək üçün əlverişli zəmin yaradıb. Onlar Vatikanın guya “naməlum hadisələrə hazırlaşdığını” iddia edir və dini ayini dünyaya ünvanlanan xəbərdarlıq kimi təqdim edirlər. Dezinformasiya üzrə mütəxəssislər qeyd edirlər ki, bu cür nəzəriyyələr xüsusilə qlobal qeyri-sabitlik dövrlərində və dini bayramlar ərəfəsində mütəmadi olaraq ortaya çıxır.

Tarixçilər isə xatırladır ki, Müqəddəs Qapılar ənənəsi yüzilliklərə söykənir və nə apokaliptik ssenarilərlə, nə də siyasi sui-qəsdlərlə əlaqəsi var. Bu, Vatikan tərəfindən əvvəlcədən elan edilən, ciddi qaydalarla tənzimlənən və tam sənədləşdirilmiş dini rituallardan biridir.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib?

SEPAH Küveyt aeroportunun Patriot sisteminin səhvi nəticəsində vurulduğunu iddia edib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay