Ərdoğan administrasiyası: İrandan buraxılan raketin zərərsizləşdirilməsindən sonra Ankara NATO ilə məsləhətləşmələri davam etdirir...
Türkiyə hakimiyyəti ölkəyə qarşı yönəlmiş istənilən düşmən hərəkətinə sərt cavab veriləcəyini bəyan edib.
Poliqon xəbər verir ki, bu barədə Rəcəb Tayyib Ərdoğan administrasiyasından açıqlama verilib.
Məlumata görə, Türkiyə hava hücumundan müdafiə sistemləri tərəfindən İrandan buraxıldığı bildirilən raket zərərsizləşdirildikdən sonra Ankara vəziyyəti diqqətlə izləyir və müttəfiqlərlə məsləhətləşmələr aparır.
Rəsmi açıqlamada qeyd olunub ki, Türkiyə milli təhlükəsizliyinə yönələn istənilən təhdidə dərhal və adekvat şəkildə cavab verməyə hazırdır. Bu çərçivədə Ankara müttəfiqlərlə koordinasiyanı gücləndirir və regionda yaranmış təhlükəsizlik risklərini qiymətləndirir.
Bununla yanaşı, Türkiyə tərəfi hadisədən sonra NATO ilə məsləhətləşmələri davam etdirir. Məlumata görə, alyans çərçivəsində regional təhlükəsizlik və mümkün risklər müzakirə olunur.
Analitiklər qeyd edirlər ki, Yaxın Şərqdə gərginliyin artması fonunda Türkiyənin təhlükəsizlik tədbirlərini gücləndirməsi regionda hərbi və siyasi dinamikanın dəyişə biləcəyindən xəbər verir.
Poliqon.info