Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Tramp marşrutu” ilə bağlı Paşinyan və Mirzoyan İranla hesabat verəcəklər

Ermənistanın baş naziri və XİN rəhbəri İrana telefon əlaqələri saxlayacaqlar...

Poliqon xəbər verir ki, İran İslam Respublikasının Xarici İşlər naziri Cavad Arakçi məlumat verib. Nazir bildirib ki, Vaşinqtonda “Tramp marşrutu” ilə bağlı sənədin imzalanmasından sonra Ermənistanın Baş naziri və XİN rəhbəri İrana telefon zəngləri edəcəklər. Həmçinin, gələn həftə Ermənistan Xarici İşlər nazirinin müavininin Tehrana səfəri planlaşdırılır.

Arakçi vurğulayıb ki, Zəngəzur dəhlizi məsələsi gündəlikdən çıxarılıb və hazırda tranzit yolu Ermənistanın suverenliyi və yurisdiksiyası altında, ölkə ərazisində tikiləcək.

"İranın mövqeyi aydın və dəyişməzdir: İİR Ermənistan və Azərbaycan arasında hər hansı sülhü dəstəkləyir və daha əvvəl bu iki ölkə arasında sülh prosesinə yardım etməyə hazır olduğunu bəyan edib.

Bütün region ölkələrinin suverenliyinə hörmət vacibdir, İran isə beynəlxalq sərhədləri qoruyur və onların dəyişdirilməsini qəbul etmir.

Ermənistan və Azərbaycanın birgə bəyanatı üç əsas prinsipə əsaslanır: regional dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət və sərhəd dəyişikliklərinə qarşı duruş. Bu prinsiplər İİR-in mövqeyi ilə tam uyğundur", deyə nazir qeyd edib.

Arakçi əlavə edib ki, ABŞ şirkətinin mümkün iştirakı narahatlıq doğurur və İran bu məsələ ilə bağlı məsləhətləşmələrə davam edəcək.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib?

SEPAH Küveyt aeroportunun Patriot sisteminin səhvi nəticəsində vurulduğunu iddia edib

ABŞ Ukrayna üçün 400 milyon dollarlıq hərbi yardım hazırlayır

Almaniya BMT Təhlükəsizlik Şurasına üzv seçilməyib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay