Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Abşeronda yağışın fəsadlarının aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir

Abşeron rayonunda yağışın fəsadlarının aradan qaldırılması istiqamətində genişmiqyaslı tədbirlər davam etdirilir...

Bir neçə gün əvvəl hava şəraitinin aramsız yağışlı keçməsi nəticəsində Abşeron rayonunun Xırdalan şəhərinin, o cümlədən kənd və qəsəbələrinin bəzi ərazilərində subasma halları müşahidə edilib. Ötən müddət ərzində bir çox yerlərdə yığılan su kütləsi təmizlənsə də, bəzi ərazilərdə yağışın fəsadlarının aradan qaldırılması işləri davam etdirilməkdədir. Belə ki, yüklənmə nəticəsində qəza başvermiş nasosxanaların fəaliyyəti, eləcə də elektrik enerjisinin kəsintisiz verilməsi bərpa olunub. Rayon ərazisində yerləşən göllərin səviyyəsi əhəmiyyətli dərəcədə qalxdığından və vətəndaşların fərdi yaşayış evlərinin daha acınacaqlı vəziyyətə düşməsinin qarşısının alınması məqsədi ilə göl və ətraf ərazilər xüsusi nəzarətə götürülmüş, nasosxanalar əlavə texniki vasitələrlə gücləndirilmişdir.

Abşeron Rayon İcra Hakimiyyəti, yerli bələdiyylər, FHN və ADSEA tərəfindən ərazilərə cəlb olunmuş xüsusi texnikalar və nasoslar vasitəsi ilə küçə, həyətyanı sahələrdə və zirzəmilərdə yığılmış yağıntı sularının fasiləsiz şəkildə kənarlaşdırılması həyata keçirilir. Yağıntı miqdarı həddindən artıq çox olduğundan problemli ərazilər prioritet bölgü əsasında mərhələli şəkildə fasiləsiz həyata keçirlməkdədir. O cümlədən Məmmədli kəndində əlavə texnika cəlb olunmaqla 6 ünvanda nasoslar quraşdırılaraq yığılmış yağış sularının kənarlaşdırılması işləri daha da surətləndirilmişdir.

Mövcud vəziyyətlə bağlı sakinlər tərəfindən rayon icra hakimiyyətinə müraciətlər əsasında, xüsusilə Xırdalan şəhəri, Masazır, Məmmədli, Qobu və Hökməli kimi yaşayış məntəqlərində təxliyə işləri həyata keçirilib. Su basmış mənzillərdə yaşayan sakinlərin müvəqqəti olaraq hotellərə və kirayə evlərə yerləşdirilməsi təmin edilib. O cümlədən ciddi zərər görmüş və qəzalı vəziyyətə düşmüş bir neçə fərdi yaşayış evinin sakinləri təxliyyə edilmiş, bərpasına köməklik göstərilməsi nəzərdə tutulmuşdur.

Bütün bu işlərlə yanaşı, yağışlardan sonra çirklənməyə məruz qalan küçə və prospektlərdə təmizlik işləri həyata keçirilir.

Poliqon.info


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib?

SEPAH Küveyt aeroportunun Patriot sisteminin səhvi nəticəsində vurulduğunu iddia edib

ABŞ Ukrayna üçün 400 milyon dollarlıq hərbi yardım hazırlayır

Almaniya BMT Təhlükəsizlik Şurasına üzv seçilməyib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay