Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qazax İdman paytaxtı 2026" ilə əlaqədar Ulu Öndərin adını daşıyan parkda abadlıq işləri aparılıb və idman qurğuları quraşdırılıb

Məlum olduğu kimi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Kollegiyasının 16.12.2024-cü il tarixli 35 nömrəli qərarı ilə Qazax şəhəri 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” elan edilib. İdman paytaxtının təntənəli açılış mərasimi 5 mart tarixində gerçəkləşəcəkdir.

Təqdirəlayiq haldır ki, bu il martın 5-i təkcə Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü kimi deyil, həm də "Qazax İdman paytaxtı 2026"nın açılış mərasimi ilə yaddaşlara yazılacaq. Bu il 5 mart tarixi qazaxlılar üçün daha da əlamətdar olacaq. Çünki həmin gün "Qazax İdman paytaxtı 2026"nın açılış mərasimi keçiriləcək. Həmin gün Qazax idman paytaxtının rəmzi açarını Qəbələdən təhvil alacaq, daha sonra "Qazax İdman paytaxtı 2026"nın maskotu ictimaiyyətə təqdim olunacaq.

Artıq "Qazax İdman paytaxtı 2026"nın açılış mərasimi ilə əlaqədar Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Qazax Rayon İcra Hakimiyyətinin və Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən hazırlıq işləri yekunlaşıb.

"Qazax İdman paytaxtı 2026" çərçivəsində görülmüş işlər, xüsusilə də şəhərdə həyata keçirilən genişmiqyaslı abadlıq işləri rayon sakinləri tərəfindən də razılıqla qarşılanır. 2025-ci ildə nəzərdə tutulmuş quruculuq işləri tamamilə yekunlaşıb. Bu isə o deməkdir ki, Qazax “İdman paytaxtı 2026"nın təntənəli açılış mərasiminə və qonaqların qarşılanmasına tam hazırdır. Həmin nümunəvi abadlıq işlərindən biri olaraq Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda aparılan abadlıq işlərini qeyd etmək olar. Məhz bu abadlıq işləri sayəsində park daha füsunkar və gözəl olub. Həmçinin parkda "Qazax İdman paytaxtı 2026" ilə əlaqədar idman qurğuları quraşdırılıb.

Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkdan görüntülər:

Poliqon.info


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib?

SEPAH Küveyt aeroportunun Patriot sisteminin səhvi nəticəsində vurulduğunu iddia edib

ABŞ Ukrayna üçün 400 milyon dollarlıq hərbi yardım hazırlayır

Almaniya BMT Təhlükəsizlik Şurasına üzv seçilməyib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay