Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Polis Məşhur Məmmədovu saxladı: Mən sənin üçün vətandaş deyiləm, bağırma... - Video

Görüntülərdə deputatı müşayiət edən bir şəxsin polislə kobud, əl-qol hərəkətləri ilə danışdığı, tabesizlik göstərməyə cəhd göstərdiyi görünür...

Milli Məclisin deputatı Məşhur Məmmədovun sürücülük vəsiqəsi olmadan avtomobil idarə etdiyi üçün Dövlət Yol Polisi əməkdaşları tərəfindən keçirilən reyd zamanı saxlanılmasının görüntüləri yenidən sosial mediada gündəm olub. 

Yenicag.az xəbər verir ki, bir neçə il öncəyə məxsus video sosial mediada yenidən gündəmə gəlib.

Belə ki DYP əməkdaşları reyd zamanı deputatın idarə etdiyi avtomobili saxlayır və Məşhur Məmmədovun sürücülük vəsiqəsinin olmadığı üzə çxır. Deputat yol polisi əməkdaşına hazırda sürücülük vəsiqəsinin özündə olmadığını, lakin qısa zamanda oğlunun gətirə biləcəyini bildirir.

Lakin DYP əməkdaşı “gecənin bu vaxtı sizin oğlunuzu gözləməliyik?” deyərək millət vəkilinə etiraz edir.

Görüntülərdə deputatı müşayiət edən bir şəxsin polislə kobud, əl-qol hərəkətləri ilə danışdığı, tabesizlik göstərməyə cəhd göstərdiyi görünür. Həmin şəxs polisin ona “vətəndaş” deyə müraciətinə: “Mən sənin üçün vətəndaş deyiləm, bağırma” – deyə reaksiya verib.

Görüntülərdən reydin payız və ya qış aylarında keçirildiyi görünür.

Poliqon qeyd edir ki, deputatın yanında polisə müqavimət göstərən şəxs Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) sədrinin müavini Pərviz Məmmədzadədir.

Qeyd edək ki, Məşhur Məmmədov Milli Məclisin iri ranqlı biznesmen deputatlarından biri hesab edilir.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib?

SEPAH Küveyt aeroportunun Patriot sisteminin səhvi nəticəsində vurulduğunu iddia edib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay