Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp Venesuelaya gedən neft tankerlərinin blokadasını elan edib

ABŞ prezidenti sanksiyaya məruz qalan bütün neft gəmilərinin Venesuelaya giriş-çıxışının dayandırılması barədə göstəriş verib…

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Venesuelaya daxil olan və ölkədən çıxan, sanksiyalar altına düşmüş bütün neft tankerlərinə qarşı “tam və total blokada” tətbiq olunması barədə göstəriş verdiyini açıqlayıb. Tramp eyni zamanda Venesuelada hakimiyyətdə olan mövcud administrasiyanı “xarici terror təşkilatı” kimi tanıdığını bəyan edib.

ABŞ prezidenti bildirib ki, Vaşinqton Karakas üzərində təzyiqi davam etdirəcək və Venesuela hakimiyyəti “ABŞ-dən oğurlanmış neft, torpaq və digər aktivləri geri qaytarana qədər” ölkə ətrafında hərbi qüvvələrin cəmləşdirilməsi dayandırılmayacaq. Trampın sözlərinə görə, Nikolás Maduronun rəhbərlik etdiyi rejim “oğurlanmış neft yataqlarından əldə olunan gəlirləri öz maliyyələşməsi, narkoterrorizm, insan alveri, qətllər və adam oğurluqları üçün istifadə edir”. Bu fikirləri o, Truth Social sosial şəbəkəsində paylaşıb.

Məsələyə Venesuela tərəfi də sərt reaksiya verib. Bir gün əvvəl prezident Nikolás Maduro ABŞ vətəndaşlarına müraciət edərək, Trampın Venesuela neftinə nəzarət uğrunda müharibə başlatmaq istədiyini iddia edib və amerikalıları buna yol verməməyə çağırıb. Maduronun fikrincə, Vaşinqtonun son addımları regionda gərginliyi daha da artırmaq məqsədi daşıyır.

Venesuelaya dəstək verən Moskva da Vaşinqtonun mövqeyini tənqid edib. Rusiya Xarici İşlər Nazirliyi Venesuela hakimiyyəti ilə həmrəy olduqlarını bəyan edərək, ölkənin ABŞ tərəfindən “açıq siyasi təzyiq və hərbi şantaj”a məruz qaldığını bildirib. Rusiya tərəfi hesab edir ki, bu cür addımlar beynəlxalq hüquqa ziddir və Latın Amerikası regionunda sabitliyi ciddi şəkildə təhdid edir.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib?

SEPAH Küveyt aeroportunun Patriot sisteminin səhvi nəticəsində vurulduğunu iddia edib

ABŞ Ukrayna üçün 400 milyon dollarlıq hərbi yardım hazırlayır

Almaniya BMT Təhlükəsizlik Şurasına üzv seçilməyib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay