Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Merts Ukrayna sülh planına öz təklifini təqdim edəcək

Almaniya kansleri 28 maddəlik plandan kənara çıxan alternativ sənəd hazırlayıb…

Poliqon xəbər verir ki, Almaniya kansleri Fridrix Merts Ukrayna müharibəsinə son qoyulması üçün hazırladığı ayrıca təklifi yaxın günlərdə Cenevrədə danışıqlar aparan nümayəndələrə təqdim edəcəyini bildirib. Bu barədə məlumatı N-tv yayıb. Merts Yohannesburqda G20 sammitindən sonra jurnalistlərə açıqlamasında bildirib ki, onun hazırladığı paket ABŞ-nın təqdim etdiyi 28 maddəlik planın hüdudlarından kənara çıxan əlavə elementlərdən ibarətdir.

Kansler detalları açıqlamasa da, bəzi siyasi müşahidəçilər sənədin Avropanın təhlükəsizlik arxitekturası, Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsi və münaqişənin uzunmüddətli nizamlanması ilə bağlı daha konkret mexanizmlər təklif edə biləcəyini istisna etmirlər. Merts daha əvvəl də Aİ ölkələrinin mövqeyinin danışıqlarda daha qəti şəkildə ifadə olunmasının vacibliyini vurğulamışdı.

Onun yeni təşəbbüsü Avropa daxilində diplomatik aktivliyin artdığı, Tramp administrasiyasının 28 maddəlik planına qarşı paralel təkliflərin formalaşdığı bir dövrə təsadüf edir. Cenevrədə keçiriləcək görüşlərin bu sənədlər arasında uzlaşdırma aparılması baxımından həlledici ola biləcəyi gözlənilir.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib?

SEPAH Küveyt aeroportunun Patriot sisteminin səhvi nəticəsində vurulduğunu iddia edib

ABŞ Ukrayna üçün 400 milyon dollarlıq hərbi yardım hazırlayır

Almaniya BMT Təhlükəsizlik Şurasına üzv seçilməyib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay