Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağalarovlar “Rusiya Ordusu” enerji içkiləri istehsalından uzaqlaşıblar

Emin Aqalarov “Uni Pak” şirkətindəki payını satıb...

Poliqon Rusiya mətbuatına istinadən xəbər verir ki, azərbaycanlı əsilli rusiyalı iş adamı Araz Ağalarovun oğlu, müğənni və sahibkar Emin Aqalarov artıq Moskvaətrafı “Uni Pak” içki istehsalçısının sahibi deyil. Rəsmi sənədlərə əsasən, 13 oktyabrdan etibarən şirkətin 100 faiz payı Kalujadan olan, ictimaiyyətə tanış olmayan biznesmen Yeqor Kulikova məxsusdur.

Kulikov kiçik miqyaslı sahibkar kimi tanınır və biznes fəaliyyətində ciddi uğurlar əldə etməyib. O, vaxtilə Moskvada “Wildberries”in məhsul paylama məntəqəsini açsa da, orada 667 min rubl dəyərində mallar yoxa çıxmış, müştərilərə çatmamışdı. Onun vebsayt hazırlanması ilə məşğul olan şirkətinin illik dövriyyəsi 2 milyon rubldan artıq deyil. Buna görə də 1 milyard rubl illik gəliri olan “Uni Pak”ın alınması üçün vəsaiti haradan tapdığı sual doğurur.

Avqust ayında məlum olmuşdu ki, “Uni Pak” şirkəti Mojayskdə yerləşən “Spaso-Borodinskiye vody” zavodunda “Rusiya Ordusu” adlı enerji içkiləri istehsalına başlamağı planlaşdırır. Bu içkilər hazırda “Voyentorq” mağazalar şəbəkəsində satılır. Lakin bu brendin yaranması və Aqalarovların onunla əlaqəsi Azərbaycanda narazılıqla qarşılanıb. Xüsusilə də Bakı–Qroznı aviareysi ilə bağlı insidentdən sonra Azərbaycan və Rusiya arasında münasibətlərin gərginləşdiyi bir vaxtda belə addımlar ictimaiyyətin diqqətindən yayınmayıb.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib?

SEPAH Küveyt aeroportunun Patriot sisteminin səhvi nəticəsində vurulduğunu iddia edib

ABŞ Ukrayna üçün 400 milyon dollarlıq hərbi yardım hazırlayır

Almaniya BMT Təhlükəsizlik Şurasına üzv seçilməyib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay