2022-ci ilin fevral ayından bəri Rusiya Aİ-də sabitliyi pozmaq və kritik infrastrukturu sabotaj etmək kampaniyasının bir hissəsi olaraq Avropa dəmir yolu şəbəkələrinə müdaxilə etmək üçün minlərlə cəhd edib...
Poliqon xəbər verir ki, bu barədə Çexiyanın nəqliyyat naziri Martin Kupka Financial Times nəşrinə bildirib.
Kupkanın sözlərinə görə, haker kampaniyasına Çexiyanın milli dəmir yolu operatoru “České dráhy”nin siqnal sistemlərinə və şəbəkələrinə hücumlar daxildir. Keçmişdə bu hücumlar bilet sistemlərini sıradan çıxarıb və siqnallara uğurla müdaxilənin ciddi qəzalara səbəb ola biləcəyi ilə bağlı narahatlıqları artırıb.
“Bu, şübhəsiz ki, çətin andır, lakin mən çox məmnunam, çünki hücumdan əvvəl biz bütün sistemləri qoruya bildik”,deyə Kupka nəşrə bildirib.
Çex nazor qeyd edib ki, Rusiyanın Avropanın enerji infrastrukturunu pozmaq cəhdləri həq zaman gündəmdə olsa da, nəqliyyat şəbəkələrinə müdaxilə az müzakirə edilir.
FT qeyd edir ki, Aİ-nin Kibertəhlükəsizlik Agentliyi ötən ilin martında nəqliyyat üçün təhdidlərə dair ilk hesabatını dərc edib. Bu sənəd də deyilir ki, əsasən Ukraynadakı münaqişə səbəbindən dəmir yolu şirkətlərinə hücumlar daha tez-tez baş verir. Hesabatda bildirilir ki, Rusiyayönlü haker qrupları tərəfindən Latviya, Litva, Rumıniya və Estoniyadakı dəmir yolu şirkətlərinə böyük kiberhücumları həyata keçirilib.
Poliqon.info