Cümə, 04 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda son sutkada 121 nəfər koronavirusa yoluxub - 1 nəfər ölüb

Azərbaycanda koronavirusa 121 yeni yoluxma qeydə alınıb, 113 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə PİA.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məlumata görə, sutka ərzində koronavirusdan bir nəfər vəfat edib.

Ölkədə indiyədək 802 060 nəfər koronavirusa yoluxub. Onlardan 789 147 nəfər müalicə olunaraq sağalıb, 9 761 nəfər vəfat edib, aktiv xəstə sayı 3 152nəfərdir.

Ölkədə son sutka ərzində 2 442, hazırkı dövrədək isə 7 072 185 test aparılıb.

pia.az